Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Bakı kilsə xoru XIV Beynəlxalq “Kirill və Mefodiy” xor müsabiqəsində iştirak edib
3 may tarixində Moskva şəhəri Xilaskar Məsih kafedral kilsəsinin Kilsə Məclisləri Zalında XIV Beynəlxalq “Kirill və Mefodiy” xor müsabiqəsinin qala-konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Təntənəli tədbiri Moskva və bütün Rusiya Patriarxı yanında rus kilsə ifaçılığın inkişafı üzrə kilsə-ictimai Şurasının katibi Varvara Volkova və P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, müsabiqənin bədii rəhbəri Aleksey Mixayloviç Rudnevskiy açdılar.
Daha sonra müvafiq nominasiyalar üzrə qalib olmuş xor kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub və tədbir iştirakçıları mükafatlandırılıb. Tədbirin sonunda müsabiqə qaliblərinin birləşmiş xoru müqəddəs həvarilərə bərabər qardaşlar Kirill və Mefodinin şərəfinə himn ifa edib.
Bakı və Azərbaycan yepiskopu Aleksiy həzrətlərinin xeyir-duası ilə mükafatlandırma mərasimində Bakı şəhəri Müqəddəs Ali-Ali-Mələk Mikayıl kilsəsinin baş keşişi protoiyerey Mefodiy Əfəndiyev və xorun regenti Kristina Əfəndiyeva iştirak ediblər.
Cari ilin fevral–aprel aylarında Moskva şəhərində əyani və distant (video yazılar əsasında) formatlarda keçirilmiş müsabiqənin yekunlarına əsasən, Bakı şəhəri Müqəddəs Ali-Mələk Mikayıl kilsəsinin xoru “Həvəskar xorlar, mədəniyyət evləri nəzdində fəaliyyət göstərən xorlar, həvəskar kilsə xorları” nominasiyası üzrə III dərəcəli gümüş diploma, “A cappella ruhani musiqi” nominasiyası üzrə isə I dərəcəli bürünc diploma layiq görülüb.
Müsabiqənin təşkilatçıları Moskva və bütün Rusiyanın Patriarxı yanında rus kilsə nəğməçiliyinin inkişafı üzrə Kilsə-İctimai Şurası, Solntsevodakı Müqəddəs Radonejli Sergi məbədi və Yeloxovodakı Epifaniya Kafedral Soboru olub. Ümumilikdə müsabiqə dinləmələrində Rusiya, Azərbaycan, Qazaxıstan, Belarus və Avstraliyadan 56 xor kollektivi iştirak edib.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
16.08.2026
2İvanovkalı pravoslavlar Lənkəran kilsəsini ziyarət ediblər
İvanovka kəndindəki Həvari və Müjdəçi Müqəddəs Yəhya kilsəsinin icma üzvləri Azərbaycanın ən cənubunda yerləşən kilsəni — Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsini ziyarət ediblər. İlahi
16.08.2026
2Yepiskop Aleksiy Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində aparılan abadlıq işləri ilə tanış olub
Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində aparılan abadlıq işlərinin gedişi ilə tanış olub. Son iki il ərzində kilsənin baş keşişi protoiyerey Aleksandr Novikovun səyləri nəticəsində həm
16.08.2026
5Yepiskop Aleksiy Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 11-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri
Populyar Xəbərlər
13.07.2026
4913 iyul - Müqəddəs On İki Həvari bayramı
Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...
15.07.2026
40Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
20.06.2026
35Pravoslav gənclər Lənkərandakı Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsini ziyarət ediblər
Bakı Yeparxiyasının zəvvarlıq şöbəsinin təşkilatçılığı ilə pravoslav gənclər üçün yeparxiyanın ən cənub prixodu olan Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsinə səfər təşkil olunub. ...