Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Pravoslav gənclər Nic qəsəbəsinin kilsələrini ziyarət ediblər
Bakı və Azərbaycan yepiskopu Aleksinin xeyir-duası ilə pravoslav gənclər üçün Nic qəsəbəsinə ziyarət səfəri təşkil olunub. Nicdə yerləşən Allahın Əqdəs Validəsi («Bulun») kilsəsində Müqəddəs Məryəmin şərəfinə akafistlə müşayiət olunan dua mərasimi keçirilib. Akafist mətnləri kilsə slavyan və Azərbaycan dillərində oxunub. Səfər zamanı gəncləri Bakı Yeparxiyasının Gənclər şöbəsinin rəhbəri protoiyerey Dionisiy Sveçnikov və Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin ruhanisi protodiakon Vadim Tokarev müşayiət ediblər.
Səfər çərçivəsində gənclər Qəbələ rayonunun xristian və tarixi irsi ilə tanış olub, Nic qəsəbəsindəki kilsələri ziyarət edib, burada kompakt şəkildə yaşayan udi xalqının nümayəndələri ilə görüşüblər. Onlar həmçinin Qəbələ Tarix-Arxeologiya Qoruğunu ziyarət edib və qədim xristian məbədinin qalıqlarını görmək üçün Kilsədağ dağına qalxıblar.
Səfər xeyriyyəçilərin dəstəyi ilə Bakı Yeparxiyasının zəvvarlıq üzrə şöbəsi tərəfindən təşkil olunub.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
18.10.2026
2Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün (Pentikost) bayramından sonra 20-ci Rəbb günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kilsəsin ruhaniləri
11.10.2026
4Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsində taxt-tac bayramı keçirilib
Bakı və Azərbaycan yepiskopu Aleksiy Lənkəran şəhəri Allahın Əqdəs Valisədinin Dua Örpəyi Anasının Himayəsi bayramı münasibətilə keçirilən təntənəli ibadətə başçılıq edib. Arxiyereyəi Bakı Yeparxiya İdarəsinin katibi
09.10.2026
49 oktyabr - Həvari və Müjdəçi Müqəddəs İlahiyyatçı Yəhyanın anım günüdür
Həvari və Müjdəçi Müqəddəs İlahiyyatçı Yəhyanın anım günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində, kilsə ruhanilələrinin müşayiət ilə
Populyar Xəbərlər
23.08.2026
84Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...
22.08.2026
73Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...
05.09.2026
49Uşaq bazar günü məktəblərinin şagirdləri üçün «Yay düşərgəsi»
Sentyabrın 2-i və 3-ü Bakı və Azərbaycan yepiskopu Aleksinin xeyir-duası ilə Bakı şəhərində fəaliyyət göstərən uşaq bazar günü məktəblərinin şagirdləri üçün «Yay düşərgəsi» layihəsi təşkil olunub. ...