Azərbaycan pravoslav kilsələrin tarixi

Bakı şəhəri müqəddəs peyğəmbər İlyas kilsəsi (Qaraşəhər kilsəsi)

Bakı şəhəri müqəddəs peyğəmbər İlyas kilsəsi (Qaraşəhər kilsəsi)

1906 – 1929-cu illər

Bakı kafedral kilsəsinin baş keşişi, Bakı quberniyası kilsələrinin məsul keşişi, protoiyerey A. Yunitskiy 1901-ci ilin əvvəllərində “Nobel Qardaşları Tərəfdaşlığı”[1] İdarə Heyətindən məktub almışdır. Məktubda deyilirdi ki, İdarə Heyəti Qaraşəhər pravoslav əhalisinin ehtiyaclarını ödəmək üçün sənaye ərazisində kilsənin olmamasından narahatdır və kilsənin tikintisi üçün 20 min rubl ianə etməyə hazırdır. İdarə Heyəti, Qaraşəhərdəki zavod və emalatxanaların digər sahiblərindən ianə şəklində tələb olunan məbləğ alınmasa, daha 20 min rubl kredit verməyə hazır olduğunu bildirmişdir.

Həmin 1901-ci ildə protoiyerey Yunitskiy yuxarıdakı məsələ ilə bağlı Gürcüstan ekzarxı Flavian həzrətlərinə müraciət etdi. Ekzarx həzrətləri İdarə Heyətinin xoş niyyətini hər cür diqqət və dəstəyə layiq hesab edərək, qubernator general-mayor D.A. Odintsova məlumat verdi və torpaq sahəsinin ayrılması məsələsində köməklik göstərilməsini xahiş etdi.

Ekzarxın göstərişi ilə Qaraşəhər (Çernoqorod) kilsəsinin tikintisi üçün tikinti komitəsi yaradıldı. Komitə ərazinin ayrılması üçün ərizəni təqdim etdi.

Bakı Şəhər Dumasının 6 noyabr 1901-ci ildə[2] keçirilən iclasında həmin vəsatətə baxıldı. Sədr Gürcüstan ekzarxının təklifi ilə kilsənin bütün Qaraşəhər üçün tikiləcəyini bildirdi. Nobel Tərəfdaşlığı məbədin tikintisi üçün 20 min rubl bağışladı və qalan məbləği digər zavod sahiblərindən toplamaq lazım gələcək.

Duma üzvlərindən biri kilsə üçün sahəsi 6000 kvadrat sajın olan Qaraşəhər Zavod meydanının ayrılmasını təklif etdi. Başqaları əlavə tikililər olmadan heç bir kilsə olmayacağını və sonrada Kilsə idarəsi bütün ərazini tikililər ilə dolduracağını, ümumiyyətlə, məbədin meydandakı yerinin əlverişsiz olduğunu deyərək etiraz etdilər və buna görə də kilsə tikintisi üçün qonşuluqda boş ərazilərdən birinin ayılmasının daha yaxşı olduğunu bildirdilər.

Duma, meydana bitişik, sahəsi 2000 kvadrat sajın olan şəhər torpaq sahəsini (blok 398)  iki bərabər hissəyə bölməyi və bir yarısını kilsə üçün, digər yarısını isə şəhər üçün zəruriyyəti Dumanın əvvəlki iclaslarından birində müzakirə edilən Qaraşəhər məktəbi üçün ayırmağı qərara aldı.

398-ci məhəllədəki sahənin cənab Dembo tərəfindən 1897-ci ildən 12 il müddətinə icarəyə götürülməsi Duma üzvlərini narahat etmədi. İcarə müqaviləsinin bir bəndinə görə cənab Dembo, bütün şəhər torpaqlarının kirayəçiləri kimi, ehtiyac yarandığı halda, onu şəhərin özünə qaytarmağa borclu idi. Ona görə də şəhər Dumasının üzvləri kilsə və məktəb üçün ayırdıqları yerdə artıq təsərrüfat işlərinin getdiyi barədə çox da düşünmürdülər.

 

Bakı quberniya şəhərinin nəzərdə tutulan tənzimləmə və genişləndirməni göstərən mövcud və layihələndirilmiş yerləşmə planı.

Tərtib edən - polkovnik fon-der Nonne, 1898-1900 illər (fraqment)

 

Lakin təklif olunan ərazi ilə tanış olduqdan sonra Duma Qaraşəhərdəki kilsənin tikinti komitəsindən təqdimat aldı ki, cənab Dembo-nun sahəsi kilsənin tikintisi üçün son dərəcə əlverişsizdir: zavodlarla əhatə olunmuş bu sahə doldurulması lazım olan çuxurdur, bu isə çoxlu pul tələb edəcəkdi və kilsənin tikintisi üçün komitənin cəmi 40 min rublu var. Bu əsasda tikinti komitəsi Dumadan Zavod meydanında kilsə üçün yer ayrılmasını xahiş edib.

Duma 1902-ci il fevralın 12-də şəhər başçısı vəzifəsini müvəqqəti icra edən M.A.Belyavskinin sədrliyi ilə keçirilən iclasında Zavod meydanında Çernoqorodskaya (Qaraşəhər) kilsəsi üçün torpaq sahəsinin ayrılması barədə qərar qəbul etdi.

Müqəddəs Peyğəmbər İlyasa həsr edilmiş Qaraşəhər kilsəsinin təməlqoyma mərasimini təqdis etmək üçün Tiflisdən Bakıya Gürcüstan ekzarxı, Müqəddəs Sinodun üzvü Aleksiy həzrətləri gəlmişdir.

25 may 1902-ci il şənbə günü, günorta saat 12 radələrində, ekzarx həzrətləri, kafedral kilsəsinin baş keşişi protoiyerey Yunitskinin müşayiəti ilə təməlqoyma mərasimini təqdis etmək üçün Qaraşəhərə yolda düşdü.

Layihəsi verilmiş kilsə üçün seçilən yer 5-ci Zavodskaya küçəsinin sonundakı meydan (indiki Xocalı prospekti) oldu. Meydan müxtəlif tərəflərdən Nobel Qardaşları Tərəfdaşlığın  yaşayış binaları,  Rus Neft Sənaye Cəmiyyətinin (RUNO) kerosin zavodu, Ya. S. Malnikovun  zavodu və “Nefteprovod” ilə əhatə olunmuşdur.

 

Müqəddəs Peyğəmbər İlyas kilsəsi. Arxa planda keçmiş Lianozov kerosin zavodu (RUNO), 1928

 

Həmin meydanın ortasında bayraqlar və yaşıllıqdan hörüklər ilə bəzədilmiş taxta köşk tikilmişdir. Onun yaxınlığında kilsənin qurbangahı üçün bünövrə çuxuru qazılmışdı və təməlqoyma mərasimi üçün bütün ləvazimatlar burada idi. Ekzarxı qarşılamaq üçün pavilyona aşağıdakı şəxslər toplaşmışdılar: Bakı qubernatoru, general-mayor D.A. Odintsov, vitse-qubernator P.A. Lileyev, Şıbaev zavodu nəznində kilsənin ruhaniləri, kilsə bayraqdarları və Aleksandr Nevskiy kafedral kilsəsinin xor ifaçıları, rəyasət və məmurlar və xalq izdihamı. Saat 12:25-də ekzarx gəldi və toplaşanlara xeyir-dua verərək dua ibadətinə başladı, bundan sonra təməlin qoyulduğu yerdə hündür taxta xaç quraşdırıldı və birbaşa təməlqoyma mərasimi başladı.

İlk daşı ekzarx həzrətləri tərəfindən qoyuldu, sonra bütün məmurlar bu adəti yerinə yetirdilər. Ayinin sonunda ekzarx iştirak edənləri təməlqoyma mərasiminin başa çatması münasibətilə təbrik etdi və gələcək kilsə üçün uğurlu yer seçilməsindən məmnunluğunu bildirdi. Daha sonra rəyasətin və bu bayrama dəvət olunanların müşayiəti ilə ekzarx Nobel Qardaşları Tərəfdaşlığının (Villa Petrolea)[3] villasına yola düşdü, harada ki Tərəfdaşlıq tərəfindən ziyafət hazırlanmışdır. Nahar zamanı yepiskop kilsənin tikintisi üçün Nobel Qardaşları Tərəfdaşlığı tərəfindən 20 min rubl ianə və eyni məbləğdə kreditə görə minnətdarlığını bildirib.

1905-ci il hadisələrinə baxmayaraq, kilsənin tikintisi irəlləyərək davam edirdi. Məbədin tikintisi üçün vəsait Nobel Qardaşları Tərəfdaşlığı İdarə Heyətinin, Bakı Neft Sənayeçiləri Qurultayının, bəzi sənaye və ticarət müəssisələrinin, onların işçilərinin, fəhlələrin və ayrı-ayrı şəxslərin könüllü ianələrindən təşkil olunub. İanələr təkcə pulla deyil, həm də tikinti materialları, müxtəlif avadanlıq və ibadət üçün ləvazimatlarla da gəlirdi.

1906-cı il noyabrın 19-da Qaraşəhər kilsəsində zənglərin qaldırılması mərasimi keçirildi. Kilsə dekabr ayı üçün tamamilə hazır idi və onun təntənəli təqdis mərasimi 1906-cı il dekabrın 10-na təyin edildi.

Dekabrın 9-da Gürcüstan ekzarxı arxiyepiskop Nikon kilsəni təqdis etmək üçün Tiflisdən qatarla gəldi. Ekzarx həzrətlərini dəmir yolu vağzalında qarşıladılar: Bakının müvəqqəti general-qubernatoru infanteriya generalı S.A. Fadeyev; Bakı qubernatoru, dövlət müşaviri V.V. Alışevskiy, Bakı şəhərinin başçısı vəzifəsini m&uu