Azərbaycan pravoslav kilsələrin tarixi

Bakı şəhəri Aleksandr Nevski kafedral kilsəsi

Bakı şəhəri Aleksandr Nevski kafedral kilsəsi

1898 - 1936

Bakıda yeni nəhəng kafedral kilsənin tikilməsi ideyası 1870-ci illərin əvvəllərində, Bakıda kerosin çoxlu miqdarda istehsal olunmağa başladığı vaxtlarda yarandı, bunun üçün isə çoxlu rus çəlləkçi və digər işçilər tələb olunurdu. O vaxtdan bəri Bakı Nikolay Kafedral kilsəsi (qalada) bayramlarda ibadət etmək istəyənlərin dörddə birini belə qəbul edə bilmirdi. 16 iyun 1879-cu ildən ali məqamlı icazə ilə Bakıda yeni kafedral kilsənin tikintisi üçün geniş imza prosesi açıldı. Ancaq belə bir prosesdən 1886-cı ilə qədər cəmi 8000 rubl toplandı.

80-ci illərin əvvəllərində, knyaz Dondukov - Korsakov Qafqazda baş komandir vəzifəsində çalışarkən, Bakı kafedral kilsəsinin dindarları, gömrük idarəsinin keçmiş müdiri K.F.Spasski - Avtonomovun təşəbbüsü ilə knyaza ərazi qalanın esplanadası üçün ayrıldıqdan sonra adam dəfn olunması qadağan edilmiş, bazar günləri bazarın keçirildiyi, digər günlərdə isə satış üçün mal-qaranın gətirildiyi köhnə müsəlman qəbiristanlığının olduğu yerin - meydanın ən münasib yer olduğunu göstərərək dəfələrlə xahişlə müraciət etmişdilər. Həmin yerdə sonralar yeni kafedral kilsə tikildi. 

Çətinliklər uzun müddət davam etdi, yazışmalar getdi, nəhayət, 1883-cü ildə Gürcüstan ekzarxı arxiyepiskop Pavelin Bakıda olduğu müddətdə qəti olaraq yer seçilə bilmədi. Şəhər köhnə müsəlman qəbiristanlığının yerləşdiyi ərazinin götürülməsinə razı deyildi, yeni məbədin tikintisi üçün başqa ərazi təklif edirdi.

17 mart 1886-cı ildə Gürcüstan ekzarxı zati - aliləri Pavel Bakı qubernatoru və vətəndaşların üç nümayəndəsi, kafedralın keşişləri və kilsə ağsaqqalından ibarət  kafedral kilsənin nəzdində tikinti komitəsi yaratdı.

1885-ci ildə Qafqazın mülki bölməsi baş rəisi knyaz A.M. Dondukov -Korsakov, nəhayət, Bakıda yeni kafedralın tikintisi üçün ən yaxşı yeri müəyyən etdi. Knyaz Dondukov - Korsakovun yerli dumanın və şuranın müqavimətinə baxmayaraq, kafedralın tikintisi üçün göstərilən ərazinin ayrılması barədə ərizəsi uğurla qəbul olundu və 10 iyul 1886-cı ildə bu meydanda kafedral tikilməsi üçün tikilməsi ali məqamdan icazə gəldi. Həmin il şəhərdən ayrılmış yer protoierey  Aleksandr Yunitski tərəfindən qəbul olundu.

Bakı Kafedral kilsəsinin təməl qoyma mərasimi 18 sentyabr 1888-ci ildən 14 oktyabradək Qafqazı gəzmiş imperator III Aleksandrın, onun ailəsinin və onu müşayiət edən şəxslərin Bakıya gəlişi ilə bir vaxta təsadüf edirdi.

İmperator qatarı 8 oktyabr 1888-ci ildə, şənbə günü, günorta saat ikidə Bakıya gəldi.

Günorta saat dörddə Əlahəzrət İmperator III Aleksandrın, varisi vəliəhd Nikolay Aleksandroviçin, böyük knyaz Georgi Aleksandroviçin, zati-aliləri imperatriçə Mariya Fyodorovna, Qafqazın baş rəisi knyaz Dondukov - Korsakovun iştirakı ilə Gürcüstan Eksarxı zati-aliləri Palladi tərəfindən kəramətli və böyük knyaz Aleksandr Nevskinin adına yeni pravoslav Bakı kilsəsinin təntənəli təməl qoyma mərasimi icra olundu.

Kafedral kilsənin təməli qoyulmazdan əvvəl Bakıda mövcud olan Nikolayevsk kilsəsindən bünövrənin qoyulduğu yerə xaç yürüşü keçirildi. Ruhanilər çadırın altında dayandılar; təməl qoyma yerinin qarşısında bayraqlar və ikonalar yerləşdirildi. Çadırın ətrafında və ona gedən yolda orta təhsil müəssisələrinin şagirdləri durmuşdu. Küçələrdə, meydançada, təməl qoyma yerində və hər yerdə, damlarda və eyvanlarda tamaşaçılar toplaşmışdı.

Əlahəzrətlərin gəlişindən sonra dua mərasimi başlandı, onu Gürcüstan Ekzarxı zati - aliləri arxiyepiskop Palladi iki arximandrit, Tiflis Sion Kafedral kilsəsinin baş keşişi, Bakı Kafedral kilsəsinin baş keşişi Yunitski və digər din xadimləri ilə birlikdə icra etdi.

Təməl qoyma yerinə su səpdikdən sonra zati - aliləri kilsənin nizamnaməsinə uyğun olaraq məbədin bünövrəsinə gümüş sandığın içinə müqəddəs qalıqlardan bir parça qoydu. Əlahəzrətləri qoyulma ilini göstərən qızıl sikkələr yatırdılar və sonra kafedralın abbatı hadisəyə uyğun olan, odla zərlənmiş mis lövhədəki yazını, məbədin tikintisi ilə bağlı yazını oxudu.

Ekzarx bu yerə müqəddəs su səpdi və imperator ilk daşı taxtaya qoydu. Sonra imperatriçə həzrətləri və Əlahəzrət İmperator daş qoydular. Döşənmiş daşların üzərinə nəhəng plitə qoyulub vintlə bağlandı. Təməl qoyma adi dualarla başa çatdı.

1889-cu ildə məbədin tikintisinə dövlət xəzinəsindən vəsait ayrılması barədə ərizə verildi və 1890-cı ildə bu müraciət təmin edildi. 300 min rubl ayrıldı. Kafedral kilsənin tikintisi bundan əvvəl 19 min rubl olan şəxsi ianələr hesabına başladı. Lakin zaman keçdikcə məlum oldu ki, bu vəsaitlərin hər ikisi tikintini başa çatdırmaq üçün kifayət etmir və 1897-ci ildə daha 60 min rubl ayrılır. Məbədin layihəsi Xəzər dəniz donanmasının baş həkiminin oğlu, bakılı, akademik - memar R.R. Marfeldə məxsus idi. Kafedral kilsənin təməl daşı o dövrdə əyalət hökumətinin tikinti şöbəsində (sonralar - əyalət memarı) işlərin istehsalçısı vəzifəsini tutan kollegial katib, inşaat mühəndisi D. D. Buynovun rəhbərliyi altında həyata keçirilmişdir. 1891-ci ildə kilsənin tikintisi üçün Sankt-Peterburqdan memar Tesmin çağırıldı. O, Bakıya gələrək işə nəzarət etməkdən imtina etdi. Sonra Tesminin yerinə memar Qoslavski təyin edildi və o, kilsənin tikintisini başa çatdırdı. Kafedral kilsədəki rəsm azad rəssam Yarovoya məxsus idi. Məbəddəki böyük bəzək akademik-rəssam Şokorevin Moskvadakı Xilaskar Məsihin Kafedral kilsəsindəki eyni şəkli xatırladan “Cəhənnəmə eniş” şəkli ilə təmsil olunurdu.