Azərbaycan pravoslav kilsələrin tarixi
Bakı şəhərin Müqəddəs Mürr-daşıyan Zənənlər kafedral kilsəsi (keçmiş Əlahəzrət İmperatorun varisi vəliəhdin 206-cı salyan piada alayın Arxangel Mixail alay kilsəsi)
6 dekabr 1909-cu il [1] – bu günə qədər
Bu məbədin tarixini iki dövrə bölmək olar - tarixi və müasir.
Birinci dövr - 1909-cu ildə Salyan (Alekseevsk)[2] kazarmaları yanında yeni hərbi qəsəbədə Salyan alayının əsgər və zabitlərinin ehtiyacları üçün Arxangel Mixail adına kilsə tikildiyi andan 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulana, Salyan kazarmalarında Qırmızı Ordunun əsgərləri yerləşdirilənə və kilsə bağlanana qədər. İkinci dövr 1991-ci ildə məbədin Kilsəyə verilməsi ilə başladı.
* * *
Bu məbəd tikilməzdən əvvəl Salyan alayının ehtiyacları üçün Hərbi Dəniz İdarəsindən 1873-cü ildə alaya (o vaxt hələ də Bakı batalyonuna) verilmiş, şəhərin mərkəzində Spasskaya və Tserkovnaya küçələrinin tinində (Sovet dövründə Qasum İzmailov küçəsi, indi Zərqərpalan və Vidadi küçəsi) yerləşən keçmiş dəniz kilsəsi istifadə edilmişdir. Kilsə köhnə və kiçik idi və kilsə paradları, təntənəli dini mərasimlərin keçirilməsi və ibadət üçün alayın yerləşə biləcəyi heç bir meydan və ya meydança yox idi.
1890-cı ildə Bakıda yerləşən keçmiş Bakı yerli batalyonu 20 sentyabr 1889-cu il tarixli 214 nömrəli əmr əsasında 12-ci Qafqaz batalyonuna çevrildi. Həmin sərəncama əsasən, 15 iyul 1890-cı ildə batalyona təyin edilmiş keşiş də taborun ştatına daxil edildi. Bu vəzifəyə Ozurgeti yerli komandasının keşişi kimi xidmət edən Ata İoann Liadze təyin edildi [1].
1893-cü ildə batalyon Salyan ehtiyat piyada (kadr) alayına, sonradan 262-ci, daha sonra Əlahəzrət İmperator varisi vəliəhdin 206-cı[3] Salyan piyada alayına çevrildi. Köhnə batalyon kilsəsi bundan sonra alay kilsəsi oldu. Onun daha layiqli bir binada təşkilinə çox ehtiyacı var idi, bununla əlaqədar alayın komandanlığı dəfələrlə şəhər şurasına və upravaya müraciət etsə də, hər dəfə rədd cavabı alırdı. [2]
1907-ci ilə alayın əsgər və zabitləri üçün yaşayış şəraitinin yaxşılaşdırılması məsələsi də yetişmişdi - o vaxta qədər kazarmalar şəhərin hər yerinə səpələnmişdi və zabitlər şəhərin müxtəlif yerlərində kirayə mənzillərdə yaşayırdılar, burada uyğun mənzil tapa bilirdilər.
Sankt-Peterburqda əlahəzrət imperator tərəfindən kazarmaların tikintisi üzrə Hərbi Şuranın nəzdində yaradılan imperiya komissiyasında tikintiyə vəsait ayrılmasına dair məsələ həll edildikdən sonra Bakı hərbi tikinti komissiyası tikintiyə pulsuz torpaq sahələrinin seçilməsi üçün şəhərin kənarına baxış keçirib hal-hazırda Azərbaycan Elmləri Akademiyanın yerləşdiyi ərazidə dayandı. Bundan sonra alay komandanlığı şəhərin kənarında Hərbi İdarənin vəsaiti hesabına sonradan Salyan alayının bütün hissələrinin və zabit ailələrinin köçürülə biləcəyi hərbi qəsəbə təşkil etmək, habelə şəhər təmənnasız verməzsə, sahənin qiyməti göstərmək xahişi ilə 24000 kvadrat sajen ərazisi olan pulsuz torpaq sahələrinin ayrılması xahişi ilə upravaya müraciət edir. Şəhər upravası torpaq sahəsini nəinki təmənnasız vermədi, həm də tələb olunan yerdəki torpaq sahəsinə o qədər yüksək qiymət qoydu ki, hərbi komandanlıq bu ərazini tərk etməyə məcbur oldu və daha kiçik bir sahə ilə, ən pis yerdə, daha aşağı qiymətə - şəhər otlağının arxasında, Şemaxinkada cəmi 10.600 kvadrat sajen olan başqa bir yerə razılaşdı.
1907-ci ilin iyulunda upravanın hesabatına əsasən hərbi qəsəbə tikintisi üçün torpaq ayrılması məsələsi şəhər dumasında baxıldı, lakin şəhər dumasının deputatları belə bir ciddi məsələnin daha diqqətlə öyrənilməli olduğunu hesab edərək prinsipial olaraq bu məsələnin layihələşdirilən formada (uprava və Hərbi Tikinti Komissiyası tərəfindən hazırlanmış) lehinə həll olunmasına razılıq verməyi, lakin yekun qərar Duma tərəfindən xüsusi olaraq bu məqsədlə yaradılmış komissiya tərəfindən baxılmağa qədər təxirə salmağı qərara aldı.
Məsələ yalnız 1908-ci ilin əvvəlində tam həll olundu və artıq mart ayında Bakı Hərbi Tikinti Komissiyası Şamaxinkanın arxasında, şəhər otlağından alınmış torpaq sahəsinə görə şəhərə 42.572 rubl 50 qəpik ödədi.
Demək olar ki, bundan dərhal sonra Bakı Hərbi Tikinti Komissiyası tikinti materiallarının tədarükü və tikinti işlərinin (eyni zamanda, kilsənin özünün tikintisi üçün 7582 rubl olmaqla) müqavilə əsasında podratçıya verilməsi barədə tender elan etdi [3].

6 may 1908-ci ildə kilsənin təməl daşı qoyuldu. Tikinti Bakı Hərbi Tikinti Komissiyası tərəfindən həyata keçirildi, bu komissiya qoşunların dini tələbatının ödənilməsi üçün Baş Qərargahda yaradılmış xüsusi komissiya tərəfindən işlənib hazırlanmış yüksək təsdiq edilmiş layihəni rəhbər tutaraq həyata keçirib.

Hərbi məbədin nümunəvi layihəsi (memar F.M.Verjbitski)
Burada bu xüsusi komissiya və hərbi kilsənin kazarmaları yanında təcili tikintisi üçün həmin komissiyanın hazırladığı hərbi kilsə növü haqqında bir az ətraflı danışmaq lazımdır.
1900-cü ildə o dövrdə hərbi nazir olan və vəzifəsində pravoslav əsgərlərin mənəvi ehtiyaclarının ödənilməsinə böyük diqqət yetirən general A.N. Kuropatkin imperatora aşağı rütbələrin həyatını yaxşılaşdırmaq haqqında hesabat təqdim edir. O qeyd edir ki, “ştata əsasən keşiş təyin olunması nəzərdə tutulmuş bütün qoşun hissələri nəzdində kilsələrin tikilməsi və mövcud hərbi məbədlərin genişləndirilməsi üçün vəsait tapmaq lazımdır, bunun üçün isə ən azı barak sistemli lakin geniş və ucuz kilsə tipi işləyib hazırlamaq lazımdır ki, kilsənin qiyməti onun tikintisinə mane olmasın və buna görə bu ümdə ehtiyacın təmin olunması təxirə salınmasın”.
Qoşunların böyük kütlələr şəklində və əsasən imperiyanın ucqarlarında və ya tamamilə tərk edilmiş və ya başqa dinə mənsub əhalisi olan yerlərdə yerləşdirilməsi əvvəldən ali hərbi rəhbərliyi qoşunlarda dini-mənəvi tərbiyəni yüksəltməyə, hərbi hissələrin mövcud yeparxiya kilsələrinin olmaması və ya sıxlığı səbəbindən bazar və bayram günlərində kilsə xidmətlərinə qulaq asmaq imkanı olmadığı yerlərdə hərbi kilsələrin tikintisi üçün tədbirlər görmək barədə düşünməyə vadar edirdi.
Buna görə də, hərbi nazirin məruzəsi Əlahəzrət İmperator tərəfindən tam anlayış və dəstək ilə qarşılandı - o, öz əli ilə məruzənin üzərində yazırdı: “Tanrı nəsib etsin ki, qoşunların dini ehtiyacları tezliklə ödənsin, mən bunu birmənalı olaraq çox mühüm məsələ hesab edirəm. 23 yanvar 1900”.
Komissiya bu məsələlərin işlənib hazırlanmasını başa çatdırdı və dəbdəbə və bəzək baxımından deyil, tikilinin genişliyi və qənaətliliyi ilə nümunəvi olan xüsusi bir hərbi kilsə növü hazırladı [4]. Elə həmin gün Baş Qərargahda ali sərəncamla qoşunların dini ehtiyaclarının ödənməsi və alay kilsələrinin tipini işləyib hazırlamaq məsələlərini müzakirə etmək üçün Hərbi Şuranın üzvü, piyada generalı qraf Tatişşevin rəhbərlik etdiyi, hərbi və dəniz ruhanilərinin protopresviteri A.A.Jelobovskinin və Baş Qərargahın, Baş Mühəndislik İdarəsi və imperator tərəfindən Hərbi Şuranın nəzdində yaradılmış kazarmaların tikintisi üzrə komissiya nümayəndələrinin və digər şəxslərin iştirakı ilə xüsusi komissiya yaradıld