Azərbaycan pravoslav kilsələrin tarixi

Bakı şəhəri Arxangel Mixail kilsəsi

Bakı şəhəri Arxangel Mixail kilsəsi

1845 il – bu günə qədər                               

Bakıdakı Arxangel Mixail məbədi şəhərdə qorunub saxlanmış ən qədim pravoslav kilsəsidir. Vidadi (keçmiş Tserkovnaya) və Zərqərpalan (keçmiş Spasskaya) küçələrinin kəsişməsində, bina 38-də yerləşir.

Bu məbədin tarixi bir vaxtlar Bakıda yerləşdirilən qoşunların tarixi ilə sıx bağlıdır və bu tarix Bakıdan çox uzaqda başlamışdır.

1813-cü il Gülüstan sülh müqaviləsi ilə Bakı xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra Lənkərandan bir az şimalda yerləşən Sara adasında1,

dəniz stansiyası salınmışdı. Sara adası Xəzər dənizində hərbi eskadranın lövbər salması üçün ən yaxşı yer idi. Bu eskadranın gəmiləri İrandan Bakıya, oradan isə Həştərxana və geriyə üzən gəmilərə sərhəd nəzarətini, həmçinin qaçaqmalçılıq daşımalarının yoxlanışını həyata keçirirdi. Həmin illərdə Xəzər dənizində əsasən sahilboyu kabotaj üzmə üstünlük təşkil etdiyinə görə heç bir gəmi adanın yaxınlığından xəlvətcə keçə bilməzdi.

Xəzər donanması eskadrasının donanma ekipajı üçün Sara adasında  kazarmalar tikildi, qərargah, ərzaq anbarı və xəstəxana yaradıldı. 1822-ci ildə orada xidmət edən zabitlərin və digər dəniz rəsmilərinin təşəbbüsü ilə adada “Müqəddəs Tanrıdoğuran, onun şərəfli vəfatı naminə” kilsə tikildi.

1843-cü ildə əlverişsiz iqlim şəraiti ilə əlaqədar olaraq adada ölüm hallarının yüksək olması səbəbindən əlahəzrət imperatorun ali fərmanı ilə təxminən Sara adası yanında Xəzər donanması eskadrası ləğv edildi. Eskadra Bakı qalasına köçürüldü. Bakıda dəniz xəstəxanasının tikintisi üçün şəhərətrafı ərazidə2 ali icazə ilə ev alınır. Adadakı qida anbarı olan qərargah da oradan köçürüldü.

1844-cü ilə qədər Sara adasında binalara, o cümlədən dindarsız qalan kilsəyə nəzarət etmək üçün kiçik bir karaul var idi.

29 iyul3 1844-cü ildə

Həştərxan limanının və Xəzər donanmasının baş komandiri kilsənin kassasında saxlanılan kilsə pullarının hesabına kilsənin Bakıya, xəstəxanaya köçürülməsi barədə sərəncam verməsi üçün ordu və donanmaların baş keşişi, protoyerey Vasili Kutneviçə müraciət etdi. 

Ordunun və donanmanın baş keşişinin Dəniz Nazirliyinin müxtəlif idarələri ilə sonrakı yazışmaları nəticəsində köçürmə məsələsi həll olundu və kilsə Bakıya, Donanma həyəti adlanan yerdəki lazarətə köçürüldü. 

Beləliklə, 1844-1845-ci illərdə Bakıda dəniz kilsəsi - şəhərdə ikinci pravoslav kilsəsi yarandı. Arxivdə yazışmaların tam mətni olmadığından dəqiq tarixi göstərmək mümkün deyil. Sonuncu sənəd 23 sentyabr 1844-cü il tarixlinə aiddir və ola bilsin ki, kilsə 1844-cü ilin sonunda köçürülüb. Amma tam dəqiqdir ki, 1845-ci ildə Bakıda artıq donanma kilsəsi olub. Protoierey Aleksandr Yunitskinin “Bakı quberniyasının kilsə və prixodlarının tarixi” kitabında deyilir ki, Qafqaz canişini knyaz Vorontsov Bakıda yeni kilsə tikməkdən imtina etməsini əsaslandıraraq qeyd edir: “Bakıda yeni kilsəyə heç bir xüsusi ehtiyac yoxdur, çünki hal-hazırda (1845) Bakıda iki kilsə var: biri hərbi idarənin, digəri isə donanmanın”.

Hərbi ruhani, 45-ci donanma ekipajının keşişi Vasili Kudryaşevin ordu və donanmaların baş keşişi, protoierey V.İ. Kutneviçə “1847-ci il üçün onun tabeliyində olan kilsələr və keşişlər barədə məlumatı” təqdim edildi. Burada göstərilirdi ki, Bakı şəhərində dəniz xəstəxanasında Müqəddəs Məryəm ananın vəfatı adına kilsə var. Kilsə xəstəxana binasında yerləşir, bina daşdandır. Kilsəyə 45-ci dəniz donanmasının heyətində bir keşiş təyin olunur. BU, ilahiyyat elmləri kursunu bitirmiş keşiş və ruhani Vasili Kudryaşevdir [3].

1854-cü ildə həmin il Bakı yaxınlığında hidroqrafik tədqiqatlar aparan baş leytenant Filippov4, Bakı forştadtında dəniz kilsəsini belə təsvir etmişdir:

“Forstadt kifayət qədər düzgün yerləşmişdir. Burada dövlət binalarından aşağı dəniz rütbələrinin iqamətgahı - dəniz həyəti adlanan yer var. Onunla birlikdə Müqəddəs Məryəm ananın vəfatı adına kilsə var və Dəniz Departamentinin bütün rütbələrinin istifadəsi üçün ona bitişik bir xəstəxana var”

Bakının Baş Planı üzrə Müqəddəs Tanrıdoğuran vəfatı adına donanma kilsəsi. 1854-cü il [5]

Dəniz həyəti Forstadtın mərkəzində yerləşirdi və pravoslav kilsəsinin günbəzi ilə örtülmüş, ərazidəki ən görkəmli bina idi. Yaxınlıqda sakinlərin adi görünüşlü evləri var idi.

1840-cı illərdə və demək olar ki, 1880-ci illərə qədər Bakıda və onun forştadtında demək olar ki, heç bir böyük - iki və daha çox mərtəbəli binalar yox idi və buna görə də digər tikililərin üstündə ucalan donanma kilsəsinin günbəzi hər yerdən aydın görünürdü. Bundan əlavə, kilsənin o vaxtkı əsas forştadt küçəsinin - Şamaxı yolunun keçdiyi gələcək Bazarnaya (indiki Azərbaycan prospekti) yaxınlığında yerləşməsi diqqəti ona cəlb etmiş, Bakıya gələn ali məqamlı və digər yüksək vəzifəli şəxslərin onu ziyarət etməsi üçün şərait yaratmışdır.

***

1850-ci ildə Zaqafqaziya bölgəsinə səfəri zamanı vəliəhd Aleksandr Nikolayeviç, gələcək imperator II Aleksandr başqa şəhərlərlə yanaşı Bakıda olmuş, burada dəniz kilsəsini də ziyarət etmişdir. Bu hadisənin təsviri qorunub saxlanıb:

Oktyabrın 13-də Əlahəzrət İmperator – Vəliəhd axşam saat 8 radələrində Bakıya gəlib çatdı. “Bütün Bakı sakinləri məşəllə qala darvazasında gözləyirdi. Əlahəzrət İmperator burada “Bu məqsədlə Dağıstandan qəsdən gəlmiş Xəzər bölgəsindəki qoşunların komandanı knyaz Arqutinski-Dolqoruki5, həmçinin fəxri məmurlar və “erməni və müsəlman zümrəsi tərəfindən duz-çörəklə və ümumi ruh yüksəkliyi ilə qarşılandı və bütün bakılıların sevinc nidaları ilə qalması üçün hazırlanmış mənzilə qədər müşayiət olundu, burada o, 9 saylı Gürcüstan sıra batalyonundan6 və bəylərdən ibarət fəxri qarovul dəstəsini qəbul etdi. Onun Əlahəzrət İmperator bundan çox məmnun qaldı. <…>

Ayın 14-də hərbi və mülki məmurlar, Lənkəran qəzasından gəlmiş xanlar, bəylər və ruhanilər özlərini İmperator Əlahəzrətinə təqdim etmək şərəfinə nail oldular, bundan sonra İmperator Əlahəzrətləri Gürcüstanın 9-cu sıra batalyonunu təftiş etməyə qərar verdi və çox məmnun qaldı. <...> Sonra Əlahəzrət İmperator uyezd və müsəlman məktəblərini, hərbi dəniz idarəsinin kazarmalarına və xəstəxanalarına baxış keçirdi və dəniz idarəsinin kilsəsində qısa bir dua dinlədikdən sonra keçmiş Bakı xanlarının uçulub dağılmış köhnə evə7, və bu gözəl binanın salamat qalmış hissələrində yerləşdirilmiş artilleriya anbarlarına baxış keçirməyə qərar verdi” [6] [7].

***

1858-ci ildə Gürcüstan ekzarxı İsidor8, tikilmiş Nikolay kilsəsini - üçüncü Bakı məbədini təqdis etmək üçün Bakı şəhərinə səfər etdi. Səfər zamanı o, donanma kilsəsini ziyarət etdi və orada dua etdi. Həmin illərin nəşrlərində bu barədə məlumat verilmişdir.

2 may 1858-ci ildə mitropolit İsidor və Şamaxı quberniyasının hərbi qubernatoru9 general-mayor Tarxan-Mouravov Şamaxıdan Bakıya yola düşdülər.

Onlar mayın 3-də şəhərə gəlib çatdılar. Artıq mitropoliti və qubernatoru qarşılayan bütün sakinlər ayaqda idi, bu hadisə ilə əlaqədar şəhər binaları bəzənmiş və bayram ab-havasında görünürdü. Şəhərin girəcəyində bazar küçəsi10 ilə dəniz kilsəsinin (sonralar Salyan alayının kilsəsi) yanında Əlahəzrət mitropolit İsidoru Gürcüstanın 9 saylı sıra batalyonunun bölmələrinin fəxri qarovul dəstəsi qarşıladı. Burada mülki və hərbi hakimlər özlərini baş keşişə təqdim etdilər. Kilsənin özündə mitropoliti dəniz kilsəsinin keşişi Aleksandr Preobrajenski ata və Bakı şəhər kilsəsinin keşişi Dmitri Aleksapolski ata xaç və müqəddəs su ilə qarşıladılar.

Şəhərətrafı ərazidə yerləşən Hərbi D