Xəbərlər 2025
Bakı Yeparxiyasında şəhid-keşiş İoann Qançevin xatirəsi qeyd edilib
Noyabrın 2-də Kilsə müqəddəs şəhid İoann Qançevin xatirəsini yad edir. Gələcəkdə keşiş İoann olacaq İvan Qanmev 1878-ci ildə Vladimir vilayətinin Sina kəndində anadan olub. İvan Qançev ruhani təhsili Petroqrad İlahiyyat Seminariyasında alıb və 1910-cu ildə oranı bitirdikdən sonra keşişliyi qəbul edib. Sonra ruhani rəyasətin xeyir-duası ilə uzaq Azərbaycanda keşişlik etməyə getmiş, burada Bakı quberniyasının Quba rayonunun Aleksandrovka kəndində Allahın Əqdəs Validəsinin "Boqolyubskaya" ikonasının şərəfinə kilsənin baş keşişi, Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin baş keşişi və Lənkəran şəhərinin yaxınlığında yerləşən Prişıb kəndinin Allahın Əqdəs Validəsinin "Bütün kədərlilərin sevinci" ikonasının şərəfinə kilsənin baş keşişi vəzifələrində xidmət etmişdir. 1933-cü ildə ata İoann əksinqilabi və cəsusluq fəaliyyət haqda saxta ittihamlarla həbs edilir və Qazaxıstana sürgünə göndərilir. Sürgündən qayıdarkən yenidən həbs edilir və 1937-ci il oktyabrın 31-də edama məhkum edilir. Hökm noyabrın 2-də icra olundu.
2000-ci ildə Rus Pravoslav Kilsəsinin Yepiskoplarının Yubiley Şurasında keşiş İoann İlyiç Qançev Rus Kilsəsinin XX əsrdə Yeni Şəhidləri və İqrarçıları içində müqəddəs elan olundu. Bakı yeparxiyasında müqəddəs şəhidin xatirəsi ənənəvi olaraq noyabrın 2-nə ən yaxın bazar günü qeyd edilir.
Bayram günü Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilən İlahi Liturgiyaya Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Arxiyereyi kafedral kilsəsinin ruhaniləri müşayiət ediblər. İbadətin sonunda yepiskop Aleksiy həzrətləri toplaşanlara Bakı presviteri, şəhid İoannın həyatı və göstərdiyi şücaəti mövzusunda xütbə ilə müraciət etdi.
Xəbərlər

Bölmənin digər xəbərləri
29.12.2025
299Bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib. Tədbir zamanı kilsə xeyriyyəçiliyi və sosial xidmət üzrə yeparxiya şöbəsinin rəhbəri, protoiyerey Mefodiy
28.12.2025
300Cəlilabadda xeyriyyə aksiyası
Yeparxiyanın xeyriyyəçilik və sosial xidmət şöbəsinin rəhbəri, protoiyerey Mefodiy Əfəndiyev və “Güvən Xeyriyyə” ictimai birliyinin rəhbəri Nigar Bayramlı Cəlilabad şəhərinə səfər ediblər, burada Bakı şəhəri Ali-Mələk
28.12.2025
31828 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı
Dekabrın 28-də Bakı Yeparxiyası Allahın Validəsinin Xəzər ikonasının şərəfinə xüsusi bayram qeyd edir. Bu gün yeparxiya üçün həm də ona görə əlamətdardır ki, 28 dekabr 1998-ci ildə Rus Pravoslav Kilsəsinin
Populyar Xəbərlər
13.07.2026
6313 iyul - Müqəddəs On İki Həvari bayramı
Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...
15.07.2026
57Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
04.07.2026
39Yepiskop Aleksiy Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib
4 iyul 2026 il tarixində Stavropol Ruhani Seminariyasında, 1846-cı ildə bu ruhani təhsil ocağının fəaliyyətə başlamasından bəri 113-cü məzun buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. Tədbir Stavropol şəhəri Müqəddəs ...