Xəbərlər 2025

Yepiskop Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin böyük təqdis mərasimini keçirib

Yepiskop Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin böyük təqdis mərasimini keçirib

21 noyabrda Kilsə Allahın Ordularının Sərkərdəsi Ali-Mələk Mikayıl və digər Cisimsiz Səmavi Qüvvələrin bayramını qeyd edir. Bu, 2025-ci ildə Bakı yeparxiyasının 180 illik yubileyini qeyd edəcəyi Bakıdakı Ali-Mələk Mikayıl Kilsəsinin taxt-tac bayramıdır.

Ali-Mələk Mikayıl kilsəsi Azərbaycanda fəaliyyət göstərən ən qədim pravoslav kilsəsidir. Onun haqqında sənədləşdirilmiş ilk qeydlər 1845-ci ilə aiddir. Kilsə əvvəllər hərbi kilsələrin bir hissəsi olmuş və Xəzər Donanmasının nəzarətində olduğundan “Donanma” kilsəsi adlandırılmışdır. Daha sonra donanmanın ehtiyacları üçün Bakı limanında müqəddəs Moskvalı Aleksiy adına yeni kilsə inşa edilmiş, köhnə donanma kilsəsinin binası isə 206-cı Salyan piyada alayının nəzarətinə verilmişdir. 1892-ci ildə binada təmir işləri aparılmış və yeni kilsə Ali-Mələk Mikayılın şərəfinə təqdis edilmişdir. 1936-cı ildən 1946-cı ilə qədər kilsə bağlanmış və yataqxana kimi istifadə olunmuşdur.

2020-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Ali-Mələk Mikayıl kilsəsində genişmiqyaslı təmir və bərpa işləri aparılmışdır. Lakin koronovirus pandemiyası və arxiyepiskop Aleksandrın (İşein) vəfatı səbəbindən kilsə təmir işləri başa çatdıqdan dərhal sonra təqdis edilə bilməmişdir.

Bakı yeparxiyasının Yeparxiya Şurasının iclasında kilsənin təqdis mərasiminin onun 180 illiyinin qeyd olunması ilə üst-üstə düşməsinə qərar verilmişdir. Bakı və Azərbaycan yepiskopu Aleksiy kilsənin Böyük Təqdis Mərasimini və İlahi Liturgiyanı onun taxt-tac bayramı günündə keçirmişdir. Yepiskopu Bakı şəhəri müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin baş keşişi protoiyerey Dionisiy Sveçnikov, Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin baş keşişi protoiyerey Aleksandr Novikov, Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin baş keşişi Mefodiy Əfəndiyev, Stavropol yeparxiyasının Svetloqrad dekanlığının dekanı protoiyerey İoann Leşina, Donskaya Balka kəndindəki Allahın Əqdəs Validəsinin Kazan İkonası kilsəsinin baş keşişi iyerey Roman Leşina, Novoçerkasskdakı Patriarxlıq Merac hərbi ümumkazak kilsəsinin dyakonu Arkadiy Dudarov və Bakı yeparxiyasının digər ruhaniləri müşayiət ediblər.

İbadətdən sonra yepiskop Aleksiy iştirakçılara təbrik və arxipastır nəsihətləri ilə müraciət etmişdir. Bayramda kilsədə iştirak edənlərə Bakı yeparxiyası tərəfindən Ali-Mələk Mikayıl kilsəsinin yubileyi münasibətilə hazırlanmış 2026-cı il təqvimi paylanmışdır.



Xəbərlər


Bölmənin digər xəbərləri

Bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib
29.12.2025
299

Bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib. Tədbir zamanı kilsə xeyriyyəçiliyi və sosial xidmət üzrə yeparxiya şöbəsinin rəhbəri, protoiyerey Mefodiy

Cəlilabadda xeyriyyə aksiyası
28.12.2025
300

Cəlilabadda xeyriyyə aksiyası

Yeparxiyanın xeyriyyəçilik və sosial xidmət şöbəsinin rəhbəri, protoiyerey Mefodiy Əfəndiyev və “Güvən Xeyriyyə” ictimai birliyinin rəhbəri Nigar Bayramlı Cəlilabad şəhərinə səfər ediblər, burada Bakı şəhəri Ali-Mələk

28 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı
28.12.2025
318

28 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı

Dekabrın 28-də Bakı Yeparxiyası Allahın Validəsinin Xəzər ikonasının şərəfinə xüsusi bayram qeyd edir. Bu gün yeparxiya üçün həm də ona görə əlamətdardır ki, 28 dekabr 1998-ci ildə Rus Pravoslav Kilsəsinin

Xəbərlər

Populyar Xəbərlər

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
63
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
15.07.2026
57
Yeparxiya xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər.  İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...

Yepiskop Aleksiy  Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib
04.07.2026
39
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Stavropol Ruhani Seminariyasının məzun buraxılışı mərasimində iştirak edib

4 iyul 2026 il tarixində Stavropol Ruhani Seminariyasında, 1846-cı ildə bu ruhani təhsil ocağının fəaliyyətə başlamasından bəri 113-cü məzun buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. Tədbir Stavropol şəhəri Müqəddəs ...

Xəbərlər