Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Yepiskop Aleksiy İvanovka kəndində yerləşən Müqəddəs Həvari və Müjdəçi Yəhya prixodunda İlahi Liturgiyaya başçılıq edib
Əllinci Gün (Pentikost) bayramından sonrakı 7-ci Rəbb günü Bakı və Azərbaycan yeparxiyasının yepiskopu Aleksiy İvanovka kəndində yerləşən Müqəddəs Həvari və Müjdəçi Yəhya prixodunda İlahi Liturgiyaya başçılıq edib. Yepiskopu Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin ruhanisi, İvanovka icmasına ruhani xidmət göstərən protoiyerey Konstantin Pominov və yeparxiyanın baş diakonu protodiakon Vadim Tokarev müşayiət ediblər. İbadət nəğmələri Şalva Abasovun rəhbərliyi ilə kafedral kilsənin xor üzvləri tərəfindən ifa olunub. İlahi Liturgiyada İvanovka pravoslav icmasının üzvləri və Bakıdan gəlmiş zəvvarlar iştirak ediblər. Zəvvarların səfəri yeparxiyanın Zəvvarlıq şöbəsi tərəfindən təşkil olunub.
Liturgiyanın sonunda yepiskop Aleksiy möminlərə arxipastır nəsihəti ilə müraciət edib. Kilsənin bazar məktəbinin şagirdləri Leyla Qurbanovanın rəhbərliyi altında bu münasibətlə xüsusi hazırlanmış şeirlər və ilahilərlə çıxış ediblər. İbadətdən sonra bütün ibadət iştirakçıları qardaşlıq süfrəsinə dəvət edildilər.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
16.08.2026
5Yepiskop Aleksiy Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 11-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri
14.08.2026
5Avqustun 14-ü - Rəbbin Həyat verən Həqiqi Xaçının Nümayişi bayramıdır
Avqustun 14-də Kilsə Rəbbin Həyat verən Həqiqi Xaçının Nümayişi bayramını qeyd edir. Həmin gün Rəbbin Xaçı ehtiram edilmək üçün kilsənin mərkəzinə gətirilir. Bayram günü Bakı və Azərbaycan
12.08.2026
6Oleq Voskresenskiy ABŞ-da Pravoslav Kilsəsi və missionerlik mövzusunda mühazirə ilə çıxış edib
Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində tanınmış pravoslav missioneri Oleq Voskresenskinin «ABŞ-da müasir Pravoslav Kilsəsi və missionerlik fəaliyyəti» mövzusunda mühazirəsi keçirilib. Tədbiri Bakı və Azərbaycan