Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Yepiskop Aleksiy azərbaycanlı rəssam Boris Şetinkinin emalatxanasını ziyarət edib
Bakı və Azərbaycan yeparxiyasının yepiskopu Aleksiy azərbaycanlı rəssam Boris Şetinkinin emalatxanasını ziyarət edib. Təhsilinə görə mühəndis-mexanik, peşəsinə görə isə idarəçi və biznes-təlimçi olan Boris Şetinkin 61 yaşında fırçanı əlinə alaraq rəssamlıqla məşğul olmağa başlayıb. Xüsusi rəssamlıq təhsilinin olmaması uşaqlıqdan böyük maraq göstərdiyi təsviri sənətlə məşğul olmasına mane olmayıb. Hazırda o, 200-dən çox əsərin müəllifidir. Bu əsərlərin bir hissəsi onun doğma İvanovka kəndində yerləşən emalatxanasının qalereyasında nümayiş etdirilir. Rəssam Həvari və Müjdəçi Müqəddəs Yəhya prixodunda keçirilən ibadətdə iştirak etmək üçün İvanovkaya gəlmiş yepiskop Aleksini və zəvvarları öz emalatxanasındakı ekspozisiya ilə tanış olmağa dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən qonaqlar rəssamın əsərlərinə baxmaq, həmçinin onun yaradıcılıq yolu haqqında maraqlı söhbətini dinləmək imkanı əldə ediblər.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
16.08.2026
5Yepiskop Aleksiy Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 11-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri
14.08.2026
5Avqustun 14-ü - Rəbbin Həyat verən Həqiqi Xaçının Nümayişi bayramıdır
Avqustun 14-də Kilsə Rəbbin Həyat verən Həqiqi Xaçının Nümayişi bayramını qeyd edir. Həmin gün Rəbbin Xaçı ehtiram edilmək üçün kilsənin mərkəzinə gətirilir. Bayram günü Bakı və Azərbaycan
12.08.2026
6Oleq Voskresenskiy ABŞ-da Pravoslav Kilsəsi və missionerlik mövzusunda mühazirə ilə çıxış edib
Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində tanınmış pravoslav missioneri Oleq Voskresenskinin «ABŞ-da müasir Pravoslav Kilsəsi və missionerlik fəaliyyəti» mövzusunda mühazirəsi keçirilib. Tədbiri Bakı və Azərbaycan