Azərbaycan pravoslav kilsələrin tarixi

Bakı şəhərində Müqəddəs Aleksiy sığınacaq kilsəsi

Bakı şəhərində Müqəddəs Aleksiy sığınacaq kilsəsi

1909 г. - məlum deyil

1896-cı ildə Nikolay kilsəsinin baş keşişi, protoierey Yunitski pravoslav kilsəsinin və kilsə məktəbinin tikintisi üçün Şamaxinskaya küçəsində[1] düyü dəyirmanına yaxın meydanda 1000 kv. sajen torpaq sahəsinin ayrılması barədə Şəhər Dumasına müraciət etdi, Bu yerdə kilsənin tikilməsi ilə Bakı şəhərinin demək olar ki, bütün yerlərindəki pravoslav əhalisi mənəvi ehtiyaclarını ödəmək üçün məbədlərlə təmin olunacaqdı. Bakı qubernatoru protoierey Yunitskinin müraciəti əsasında şəhər upravasına təkliflə müraciət etdi ki, kilsə və məktəb tikintisi üçün torpaq sahəsinin ayrılmasını sürətləndirsin və bu barədə müsbət qərar versin, çünki şəhərin adı çəkilən hissəsində pravoslav kilsəsinə çox böyük ehtiyac var. Amma uprava həmin yerdə şəhərdə lazımi ölçüdə pulsuz torpaq sahələrinin olmadığını əsas gətirərək torpaq sahəsi verməkdən imtina etdi.

Şamaxinka deyilən yerdə kilsənin tikintisi üçün torpaq sahəsinin ayrılması məsələsi 1908-ci ilə qədər uzandı, həmin vaxt Pravoslav ruhani idarəsinin yeni ərizəsi ilə bu məsələ şəhər dumasının müzakirəsinə çıxarıldı. Ruhani idarəsi pravoslav kilsələrinin planlı tikintisi üçün Zavokzalnı rayonunda Qolovinskaya meydanı[2] və Tiflis meydanında 600 kvadrat sajen şəhər torpağı sahənin ayrılmasını istədi. Protoierey Yunitskiy Dumada Pravoslav Ruhani İdarəsinin nümayəndəsi kimi yarana biləcək məsələlərin həlli üçün Dumanın iclasında iştirak edirdi.

Dumanın qlasnıları[3], dini ehtiyaclar üçün şəhər torpaqlarının ayrılmasından prinsip etibarilə imtina etməyərək, bu məsələni Aleksandr Nevski kilsəsinə ayrılmış torpaq sahəsindən keçərək, ərazisində yerləşmədiyinə görə şəhərin onun döşənmə xərclərini öz üstünə götürmək istəməməsi nəticəsində döşənməmiş qalan, Kilsə meydanından keçən Spasskaya küçəsinin[4] açılması ilə əlaqələndirmək istədilər. Nəticədə ruhani idarə küçənin qazalaqlar və yük daşıyıcıları  tərəfindən bərbad hala salınmasının qarşısını almaq üçün onu bağlamaq məcburiyyətində qaldı. Duma məsələləri müzakirə etdikdən sonra Qafqaz qubernatoruna Spasskaya küçəsinin açılması ilə bağlı vəsatət qaldırararaq tələb olunan əraziləri ayırdı, həm də bu vəsatət ruhani idarə tərəfindən dəstəklənməli idi.

Torpaq sahələrinin ayrılması məsələsinin həlli istiqamətində görülən cəhdlərə baxmayaraq Şamaxinkada məbədin tikintisi ləngidiyindən həmin ərazidə heç olmasa kiçik ev kilsəsinin salınması qərara alındı.

Bakı Xeyriyyə Cəmiyyətinin idarə heyəti Yeparxiya rəhbərliyi ilə razılaşaraq 1908-ci il noyabrın 24-də[5] uşaq sığınacağında ev kilsəsi yaratdı. İdarə heyəti cəmiyyətin üzvlərini və kilsənin təqdis mərasimini qeyd etmək və ibadətdə iştirak etmək istəyən bütün şəxslərə əvvəlcədən tarix və vaxt barədə məlumat verdi.

Təqdis mərasimi 25 yanvar 1909-cu il bazar günü baş tutdu. Mərasim səhər saat 8:30-da başladı. Bu ərəfədə, yanvarın 24-də, saat 16:30-da kilsə üçün nəzərdə tutulmuş otaqda gecə duası oxundu. Təntənəli mərasimdə Bakı şəhər qradonaçalniki, polkovnik-leytenant P.İ. Martınov, qradonaçalnikin köməkçisi polkovnik P.P. Şubinski, şəhər administrasiyasının dəftərxanasının müdiri A.A.Vilenbaxov, cəmiyyətin qəyyumu N.A. Bernsteyn, yetimxana məktəbinin qəyyumu A.M. Ammosov, cəmiyyətin idarə heyətinin üzvləri xanım Knyazeva, Durneva, Bortsmeyer, Bıkov və s. iştirak edirdi.

Kilsə üçün binaların tam təchiz edilməsi, ikonostasın alınması, kilsənin dekorasiyası və əşyaların yerləşdirilməsi cəmiyyətə 883 rubl 15 qəpiyə başa gəldi.

Bakıdakı yetim uşaq sığınacağının xarici görünüşü

Yetimxananın nəzdindəki ev kilsəsi Nijnaya Bulvarnaya (indiki C. Cabbarlı və Bakıxanov küçələri) yaxınlığında, Şamaxinskaya küçəsində Bakı Xeyriyyə Cəmiyyətinin şəxsi binasında yerləşirdi.

1913-cü ildə uşaq evi kilsəsinin keşişi Aleksey Çudetski, ktitorı[6] isə Mitrofan Aleksandroviç Toropygin idi. Kilsənin qəyyumu cənab Baranov idi.

Kilsəyə yetimxana uşaqları və xeyriyyə cəmiyyətinin qocalar evində yaşayan qocalarla yanaşı, yaxınlıqda yaşayan dindarlar da gəlirdi.

1919-20-ci illərdə Alekseyev sığınacaq kilsəsinin baş keşişi P. Bjezinski idi.

2000-ci illərdə keçmiş sığınacağın M.Muxtarov küçəsi, 194 ünvanında yerləşən binasında İqtisad Universiteti (3-cü korpus) yerləşirdi.

2016 il

2016-cı ildə İqtisad Universitetinin 3 saylı korpusu bağlandı, 2018-ci ildə isə Bakı Xeyriyyə Cəmiyyətinin keçmiş uşaq evinin uşaq evi kilsəsi ilə birlikdə binası söküldü.

______________________

 

Ədəbiyyat:

1. Rusiyanın xeyriyyə qurumları. 1912-ci il.

2. Bakı Xeyriyyə Cəmiyyəti. 1913-cü il üçün hesabat

3. Azərbaycan Respublikasının 1920-ci il üçün ünvan-təqvimi - Bakı, 1920.

4. “Kaspi” qəzeti 1896, 1908, 1909, 1911, 1913-cü illər.

 


[1] Şamaxinskaya küçəsi - indiki C.Cabbarlı küçəsi.

[2] Qolovinskaya meydanı - sovet dövründə Severnaya Sovetskaya meydanı - Sovet Azərbaycanının 50 illiyi meydanı.

[3] Şəhər Dumasının qlasnıları - şəhər qanunvericilik (təmsilçilik) hakimiyyətinin deputatlarının köhnə adı.

[4] Spasskaya küçəsi - sovet dövründə Qasım İsmayılov küçəsi - indi  Zərgərpalan küçəsi.

[5] 1917-ci ildən əvvəlki bütün tarixlər köhnə təqvimlə göstərilir.

[6] Məhlə kilsələrindəki kilsə starostalarına ktitoror deyilirdi.

 

Müəllif: S. Koltunov

 

Теги:
tarix kilsələr


Xəbərlər


Новости по теме

Bölmənin digər xəbərləri

Bakı şəhəri Aleksandr Nevski kafedral kilsəsi
24.12.2021
496

Bakı şəhəri Aleksandr Nevski kafedral kilsəsi

1898 - 1936 Bakıda yeni nəhəng kafedral kilsənin tikilməsi ideyası 1870-ci illərin əvvəllərində, Bakıda kerosin çoxlu miqdarda istehsal olunmağa başladığı

Bakı qalasındaki (İçəri Şəhərdəki) Müqəddəs Möcüzəli Nikolay baş kilsəsi
24.12.2021
373

Bakı qalasındaki (İçəri Şəhərdəki) Müqəddəs Möcüzəli Nikolay baş kilsəsi

1858 il - 1930 il  [1] 1815-ci ilə qədər Bakıda səyyar ordu kilsəsindən başqa daimi kilsə yox idi. Elə həmin il qaladakı “Qaranlıq cərgələr”

Bakıda Qız Qalasının yanında müqəddəs həvari Varfolomey kilsəsi
24.12.2021
436

Bakıda Qız Qalasının yanında müqəddəs həvari Varfolomey kilsəsi

1892 - 1936 14 sentyabr 1892-ci ildə Müqəddəs Xaçın ucaldılması bayramı günündə Nikolay kilsəsində keşiş A.İ.Yunitski və bütün kilsə

Xəbərlər

Populyar Xəbərlər

Lənkaran kilsəsinə yeni ikonalar təqdim edilib
05.08.2023
77
Yeparxiya xəbərləri

Lənkaran kilsəsinə yeni ikonalar təqdim edilib

Bakı şəhəri mqd.  Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilmiş axşam ibadətinin sonunda Bakı və Azərbaycan yeparxiyasının katibi Lənkəran şəhəri Məryəm Ananın Dua Örpəyi kilsəsinin baş keşişi protoiyerey Aleksandr ...

Budapeşt və Macarıstan mitropoliti İlarion mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib
04.08.2023
59
Yeparxiya xəbərləri

Budapeşt və Macarıstan mitropoliti İlarion mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib

Azərbaycanda şəxsi səfərdə olan Budapeşt və Macarıstan mitropoliti İlarion Bakı şəhərinin mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Ali qonağı Bakı və Azərbaycan Yeparxiyasının katibi arximandrit Aleksiy (Nikonorov) ...

Bakı və Azərbaycan Yeparxiyasının katibi ilə İvanovka kəndinin ruhani xristianlar - molokanlar icmasının baş presviteri arasında görüş keçirilib
11.09.2023
55
Yeparxiya xəbərləri

Bakı və Azərbaycan Yeparxiyasının katibi ilə İvanovka kəndinin ruhani xristianlar - molokanlar icmasının baş presviteri arasında görüş keçirilib

Bakı və Azərbaycan Yeparxiyasının Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy (Nikonorov) ilə İvanovka kəndinin ruhani xristianlar - molokanlar icmasının baş presviteri S.V. Kazakov və Nikitin adına kolxozmun ...

Xəbərlər