Azərbaycan pravoslav kilsələrin tarixi
Bakıda sərhəd gömrük mühafizəsinin Müqəddəs Aleksandr Nevski kilsəsi (briqadnaya)
23 fevral 1886-cı il [1] - naməlum
1 fevral 1883-cü ildə Dövlət Şurasının “Qara Dəniz Sərhəd Mühafizəsi Briqadasının təşkilinin başa çatdırılması və İran və Xəzər dənizinə bitişik sərhədlərdə gömrük nəzarətinin gücləndirilməsi haqqında” rəyi İmperator tərəfindən təsdiq edildi. Rəydə deyilirdi:
Bənd 3. Bakı karantin-gömrük dairəsində nəzarəti gücləndirmək üçün 1883-cü ildə 6 qərargahdan və 22 baş zabitdən, bir həkimdən, 468 atlı və 259 piyada aşağı rütbəlidən ibarət Bakı Sərhəd Mühafizə Briqadası yaradılsın, maliyyə naziri (o vaxtlar sərhəd xidməti Maliyyə Nazirliyinə aid idi - qeyd) bu briqadanın məmurlarını sərhədin qaçaqmalçılıq baxımından İrana və Xəzər dənizinə bitişik daha mühüm məntəqələrinə yerləşdirmək tapşırılsın.
bənd 9. Bakı briqadasının yanında Gömrük Nizamnaməsinin 184-cü maddəsində (Qanunlar Məcəlləsi. Cild VI, 1876-cı il) göstərilən əsaslarla bir keşiş və nəğmə ifaçısı səyyar pravoslav gömrük kilsəsi yaradılsın, yuxarıda adı çəkilən şəxslərə də artırılmış maaş, yəni, keşiş üçün 1140 rubl (əmək haqqı 960 rubl (tutmasız) və yeməkxanalar üçün 180 rubl - qeyd), nəğmə ifaçısı üçün isə ildə 300 rubl [1].
Beləcə, 1883-cü ildə Bakıda sərhəd gözətçi briqadasının yaradılmasına başlandı və bu, çox uzun müddət davam etdi. Əvvəlcə Bakıya bir neçə zabit, bir neçə aydan sonra briqada komandiri gəldi. Briqadanın sayının artması, eləcə də keşiş İliya Dzampayevin 1885-ci ildə Bakı sərhədçi briqadasına təyin edilməsi ilə briqada kilsəsinin lazımi yerlərdə təşkili zərurəti yarandı.
Tərkibinə Bakı briqadasının[2], da daxil olduğu Bakı gömrük dairəsinin xahişi ilə Maliyyə Nazirliyi kilsənin tikintisi üçün 1886-cı ildə vəsait ayırdı. N.A.Qumilevskinin Qubernskaya və Torqovaya küçələrinin (indi həmin yer bütöv Nizami küçəsidir), kəsişməsində yerləşən evinin ikinci mərtəbəsində kirayə otaq tutulmuşdu, məhz elə orada Bakı sərhədçi briqadasının səyyar kilsəsi tikildi. Keşişin mənzili kilsənin yaxınlığındakı eyni binada yerləşirdi.
23 fevral 1886-cı ildə Gürcüstan Ekzarxı zati-aliləri Pavelin icazəsi və xeyir-duası ilə bazar günü yerli hakimiyyət orqanlarının iştirakı ilə bu kilsənin keşişi Ata İlya Dzampaev Müqəddəs knyaz Aleksandr Nevski adına təntənəli təqdis mərasimini keçirdi [3]
Yeni kilsə kiçik olsa da, zərif daxili bəzəyi ilə seçilirdi. Bundan əlavə, o, şəhərin ən gur və ən çox izdihamlı yerlərindən birində yerləşirdi. Kilsəni hərə bir cür adlandırırdı: gömrükçü kilsəsi, briqada kilsəsi və sərhədçilər kilsəsi. Kilsə tərkibi daim dəyişən sərhədçilərin xidmətinin məmurlarından (bəziləri müddətini başa vurub çıxıb gedir, digərləri isə hərbi xidmətə başlamağa gəlirdi), həmçinin Bakı karantin - gömrük İdarəsi komandanlıq heyətinin ailələrindən və hərbi qulluqçulardan ibarət idi.

~ 1892 Fotoşəklin keyfiyyəti elədir ki, şəkildə seçilib göstərilən siluetin məhz Briqada Kilsəsi olduğunu birmənalı və qəti təsdiqləməyə imkan vermir. Amma kilsə təxminən həmin ərazidə olub.
1891-ci ildə hərbi və dəniz ruhanilərinin protopresviteri Ordu və donanmanın bütün kilsələrinə rəhbərlik edən A.A. Jelobovski Qafqaz hərbi dairəsinin kilsələrini təftiş etmək üçün Bakı şəhərinə gəldi. Salyan ehtiyat batalyonunun yaxınlıqdakı kilsəyə (keçmiş donanma kilsəsi) baxış keçirdikdən sonra protopresviter ata hərbi idarəyə deyil, yeparxiyaya məxsus olmasına baxmayaraq, keşiş İliya Dzampayevin iltifatla dəvət etdiyi sərhədçilər kilsəsinə baş çəkdi. Jelobovskinin qeyd etdiyi kimi, “zəngin gömrük idarəsinin həm də nisbətən zəngin kilsəsi var; keşiş cənablarına baş ucalığı gətirən qüsursuz nizam”. Keşiş Dzampaev hərbi və dəniz ruhanilərinin protopresviterini yola salarkən təəssüflə bildirir ki, alay keşişləri ilə eyni səviyyədə zəhmət çəkən gömrük idarəsinin ruhaniləri böyük orucluq vaxtı sərhəddə xidmət edən aşağı rütbəli hərbçilərə dini xidmət etmək üçün bir neçə yüz mil məsafədə dolama yolları qət etmələrinə və Bakıda Tanrı Qanununu tədris etmələrinə baxmayaraq maaş, təqaüd, mükafatlandırma baxımından onlarla eyni hüquq və üstünlüklərə malik deyillər. Aleksandr Jelobovski onun ədalətli bəyanatı ilə tam razılaşdığını və rəğbətini ifadə etdi, sonra isə bu şərəfə görə keşiş İlya Dzampayevə təşəkkür edərək sağollaşdı [4].
1894-cü ilin oktyabrında sərhədçilər kilsəsində dövlət məktəblərinin müəllimi N.Çurkinin rəhbərliyi və nəğmə ifaçısı S.Çaykinin iştirakı ilə 29 nəfərdən ibarət gözəl ifaçılar xoru yaradıldı, onlardan 18 nəfəri müxtəlif şəhər məktəblərinin şagirdləri, 11 nəfəri isə aşağı rütbəli sərhədçilərdən olub. Xorun möhtəşəm oxuması ilahi xidmətləri daha da ruhlandırdı, onların Allaha dualarını yüksəltməyə kömək etdi.
21 noyabr 1894-cü ildə briqada kilsəsində ilk dəfə olaraq əlahəzrət imperator III Aleksandr tərəfindən təsis edilmiş sərhədçilərin bayramı qeyd olundu və xorun iştirakı bu tədbirin təntənəsini daha da artırdı.

Qumilevskinin keçmiş evi, burada 1886-98-ci illərdə Briqada kilsəsinin yerləşirdi

Qumilevskinin evinin yerində “Nərgiz” Ticarət mərkəzi
1895-ci ilin fevralında kilsə az qala yanacaqdı. Həmin vaxta artıq N.A.Qumilevskinin varislərinə məxsus, ikinci mərtəbəsində Bakı sərhədçi briqadasının kilsəsinin yerləşdiyi evin zirzəmisində zirzəmini icarəyə götürülmüş tacir Məlikova məxsus yeşiklər və saman naməlum səbəbdən od tutur. Yalnız həmin vaxt evdə olan və təşvişə düşməyən əsgərlərin qətiyyətli hərəkətləri sayəsində yanğın onlar tərəfindən əl altında olan vasitələrdən istifadə etməklə söndürülür [5].
1898-ci ildə Bakı sərhədçi briqadasının qərargahı Bakıdan Lənkəran qəzasının Prişib stansiyası yaxınlığındakı Göytəpə mərzinə köçürüldü, kilsə də bütün əşyalarla birlikdə buraya daşındı. Bunun üçün yerləşdiyi Göytəpə deyilən yerdə kilsə üçün bina tikildi və kilsə 1906-cı ilə qədər orada fəaliyyət göstərdi.
1906-cı ildə Bakı Sərhəd Mühafizəsinin kilsəsi yenidən Bakıya köçürüldü. Bu dəfə o, Şamaxinskaya küçəsində kirayə evə yerləşdirildi.
B.Şapirovun 1909-cu ildə nəşr olunmuş “Bizim Qafqazda sərhəd ərazilərimiz” kitabında qeyd edildiyi kimi: “Bakıda briqadanın qərargahı, briqada xəstəxanası, silah emalatxanası, təlim komandası, briqada kilsəsi, hamısı kirayədə, köhnə Bakı memarlığı üslubunda tikilmiş qeyri-qənaətbəxş binalarda yerləşir. 8 il ərzində Bakı briqadasının qərargahı iki dəfə bir yerdən başqa yerə köçüb: 1898-ci ildə Bakıdan Göytəpəyə, 1906-cı ilin sonunda isə Göytəpədən yenidən Bakıya. Bu vəziyyət bütün briqadanın rifahına, xüsusən də briqada xəstəxanasının yaxşılaşdırılmasına və burada əlavə edə bilərik ki, briqada kilsəsinin abadlığına güclü təsir göstərib”.
1906-cı ildə briqada kilsəsinin daxili quruluşunu Bakı kilsələrinin keşişi, protoierey Aleksandr Yunitski öz kitabında bizim üçün belə təsvir etmişdir:
“Kilsədəki görməli yerlərdən yalnız məbədin daxili bəzəyini təşkil edən ikonaları qeyd etmək olar. Onlardan biri 17 oktyabr 1888-ci ildə çar ailəsinin təhlükədən möcüzəvi şəkildə xilas edilməsinin xatirəsinə briqada məmurları tərəfindən tikilmişdir; böyük oyma taxta ikona qutusunda qatlama formasına malikdir. Qatlamanın ortasında çar ailəsinin adlarını daşıdığı müqəddəslərin, yan tərəflərdə isə oktyabrın 17-də qeyd olunan müqəddəslərin təsvirləri var.
Eyni formada və eyni kiotda başqa bir ikona Əlahəzrət İmperator Nikolay Aleksandroviçin müqəddəs tacqoyma mərasiminin xatirəsinə briqada məmurları tərəfindən hazırmışdır, qatlanan təsvirin ortasında Xilaskarın misli bərabəri olmayan təsviri, yan tərəflərdə isə Müqəddəs Nikolay və məqtul çariça Aleksandranın təsvirləri qoyulmuşdur.
Nəhayət, Müqəddəs Məryəm ananın tanrı Məbədinə Girişi haqqında üçüncü ikona sərhəd xidmətçilərinin bayramın ali məqam tərəfindən təsdiqlənmiş ümumi korpusunun şərəfinə ilk iki ikonaya bənzər bir taxta ikona qutusunda qurulub. Hər üç ikona qızıl suyuna tutulmuş gümüş paltardadır v<