Azərbaycan pravoslav kilsələrin tarixi

Bakı həbs qalasında muqəddəs Möcüzəli Nikolay kilsəsi (Bayılda)

1888-ci ildə şəhər həbsxanası Bayıl burnunda yeni tikilmiş binaya köçürüldü. 1 dekabr 1893-cü ildə Bakı həbsxanalar üzrə Quberniya Qəyyumluq Komitəsinə məlumat verilir ki, Bakı Dairə Məhkəməsinin sədri N.T. Jila Bakı həbsxanasına baş çəkərkən dustaqlardan həbsxanada ibadət evi təşkil etmək barədə müraciət alır. Bunu eşidən həbsxanalar üzrə Quberniya Qəyyumluq Komitəsi belə qərara gəldi: komitənin direktorları polkovnik-leytenant Von-Adlerberqə və kollegiya müşaviri Markarova tapşırılsın ki, Bakı həbsxanasında ibadət evi üçün əlverişli yer seçilsin. 19 dekabrda Fon - Adlerberq və Markarov Bakı həbsxanasına baxış keçirərək həbsxana binasındakı 16 saylı kameranı münasib otaq hesab etdilər. Bunun üçün divarları ağartmaq, pəncərə və qapıları rəngləmək lazım idi.

Bakı həbsxanalar üzrə Quberniya Qəyyumluq Komitəsi ibadətlərin icrası üçün lazım olan əşyaların alınmasına 100 rubl ayırdı. kameranın ibadətxanaya uyğunlaşdırılması üçün təmir edilməsi məsələsi isə baxılması üçün quberniya idarəsinin nəzdində tikinti idarəsinə verildi. Bakı Həbsxanalar üzrə Qəyyumluq Komitəsinin direktoru N.T.Jila müəyyən etdi ki, ibadət evi üçün nəzərdə tutulmuş 16 saylı kamera qeyri-xristian inancında olan məhbusların yerləşdiyi digər kameralarla yeni sırada yerləşdiyindən təyinatına tam uyğun gəlmir. Bunu nəzərə alaraq Əyalət Həbsxana Mühafizə Komitəsi qərar verdi: komitənin direktorları cənab Markarov və Fon-Adlerberqdən Bakı həbsxanasında ibadət evi üçün daha rahat otaq seçmələri xahiş edilsin. Fevralın 7-də Bakı təcridxanasına ikinci dəfə baxış keçirildi və uzunluğu 10,5 arşın, eni 3,75 arşın, hündürlüyü 4 arşına yaxın olan talvarın inzibati həyətində əlverişli yer tapıldı. Bunun üçün sadəcə dəmir dam örtüyü düzəltmək və onun döşəməsini asfalt etmək lazım idi.

Komitə 28 fevral 1895-ci ildə keçirilən iclasında çardağın darlığına görə orada ibadət evi qurmaq üçün əlverişsiz hesab edərək Bakı həbsxana qalasında həbsxana emalatxanalarının üstündə tikinti aparmaq yolu ilə pravoslav kilsəsi tikməyi qərara aldı. Buna görə də belə qərar verildi: bu barədə Bakı Quberniya İdarəsi yanında tikinti idarəsinə məlumat verilsin və 100-120 nəfərlik kilsənin layihəsini və smetasını tərtib etmək tapşırılsın.

Quberniya memarı D.D. Buynov bütün emalatxana binası üzərində üst tikilinin layihə çertyojunu təqdim etdi və bu üst tikilinin sahəsinin əhəmiyyətinə görə oradakı binaları məktəb üçün uyğunlaşdırmağın mümkün olduğunu bildirdi və kilsə üçün 240 nəfərin yerləşəcəyi sahə ayırdı. Quberniya memarının hesablamalarına görə, kilsənin və məktəbin bütün tikintisi zəng qülləsi, ikonostas və qab-qacaq xərcləri daxil olmaqla 12 477 rubla başa gəlməli idi.

Komitə 13 noyabr 1896-cı il tarixli iclasında layihə çertyojunu nəzərdən keçirərək quberniya memarının bütün fikirlərini doğru hesab etdi və qərar verdi: tikinti şöbəsi həbsxana pravoslav kilsəsinin tikintisi üçün müvafiq smeta hazırlasın, onu kilsə əşyaları ilə təchiz etsin; smeta təsdiq edildikdən sonra isə onu əlavə təlimat üçün həbsxanalar üzrə Quberniya Qəyyumluq Komitəsinə göndərsin.

Kilsənin layihəsini və smetasını tərtib etmək, sonra isə müxtəlif idarə və orqanlar tərəfindən onlara baxılması, kilsənin tikintisi və kilsə əşyalarının alınması üçün kredit almaq xeyli vaxt tələb edirdi. Nəticədə məhbuslar uzun müddət həbsxana qalasındakı məbədi görmək və oradakı ilahi xidmətləri eşitmək imkanından məhrum olmuşlar.

Bakı həbsxanalar üzrə Quberniya Qəyyumluq Komitəsinin direktoru, Bakı 1-ci Gildiya taciri Nikolay Alekseeviç Terentyev köməyə gəldi. O, Bakı həbsxana qalasının ərazisində pravoslav kilsəsi tikmək, daimi kilsə yaradılana qədər həbsxana qalasındakı istənilən binanı ona uyğunlaşdırmaq istədiyi barədə həmin komitəyə ərizə təqdim etdi.

Bakı həbsxanasının binasında müvəqqəti kilsə üçün uyğunlaşdırıla biləcək yer yox idi. Mühəndislik şöbəsinin müvəqqəti olaraq həbsxana ehtiyacı üçün mülki idarənin sərəncamına verilmiş 26 saylı kazarmasında kilsə üçün əlverişli olan kiçik daş tikili var idi. Direktor Terentyev həbsxana komitəsinə bu binanın genişləndirilməsi və kilsəyə uyğunlaşdırılması layihəsini təqdim etdi.

Bakı həbsxanalar üzrə Quberniya Qəyyumluq Komitəsinin vitse-prezidenti, Bakı şəhərinin qubernatoru Vladimir Petroviç Roqqe Bakı Həbsxana Qalasının əlavə korpusunun kazarmalarına binanı Həbsxana Komitəsinin direktoru Terentyevin hesabına müvəqqəti kilsəyə çevirmək, habelə komitənin müvəqqəti kilsənin keşişinə və dini nəğmə ifaçısına mükafat vermək üçün ildə min rubl məbləğində iqtisadi xərclərinə icazə vermək barədə Baş həbsxana idarəsinə təqdimat verdi. Eyni zamanda, vitse-prezident Bakı həbsxana qalasında kilsə tikməyə icazə almaq üçün Gürcüstan ekzarxına müraciət etdi. Gürcüstan ekzarxı arxiyepiskop Vladimir 19 may 1897-ci ildə Bakı qubernatoruna bildirdi ki, həbsxana qalasında kilsənin tikintisinə icazə və xeyir-dua verir.

10 iyun 1897-ci ildə Baş Həbsxana İdarəsi Bakı qubernatorunu xəbərdar etdi ki, Bakı həbsxana qalasının əlavə binasının həyətində yerləşən binanın kilsə üçün könüllü ianələrə uyğunlaşmasına və komitənin iqtisadi xərclərindən kilsənin keşişinə və dini nəğmə ifaçısına ildə 1000 rubl məbləğində mükafat vermək üçün rəhbərlik tərəfindən heç bir maneə yoxdur.

Bundan sonra vitse-prezident Bakı həbsxana qalasında tikiləcək mövcud kilsəyə din xadiminin təyin edilməsi üçün Gürcüstan ekzarxına müraciət etdi.

Gürcüstan ekzarxı arxiyepiskop Vladimir 19 sentyabr 1897-ci ildə Bakı qubernatoruna 1897-ci ildə 1-ci Tiflis klassik gimnaziya kursunu bitirmiş Vladimir Qurgenidzeni Bakı həbsxana qalasında yeni tikilmiş kilsəyə keşiş təyin edildiyi məlumat verdi.

1 oktyabr 1897-ci ildə keşiş Vladimir Qurgenidze Bakı qubernatoru Roggenin, komitənin direktorları, habelə kilsənin təşkili üçün ianəçi, 1-ci Bakı gildiyasının həmin komitəsinin direktoru, tacir Nikolay Alekseeviç Terentyevin iştirakı ilə mövcud hökumət binasının genişləndirilməsi, Bakı həbsxana qalasında kilsənin tikintisi üçün təməl daşı qoydu. Növbəti ilin mart ayına qədər kilsənin tikintisi üzrə işlər başa çatdırıldı. Terentyevin hesabına kilsədə ikonostas tikildi, o, kilsə üçün bütün lazımi əşyalarını aldı.

8 mart 1898-ci ildə Gürcüstan Ekzarxının xeyir-duası ilə keşiş Vladimir Qurgenidze ilə birlikdə xidmət edən dekan protoierey Aleksandr Yunitski Bakı həbsxana qalasında Əlahəzrət İmperatorun uğurlu hakimiyyəti naminə möcüzəli müqəddəs Nikolay Miro-Likiysk yeni tikilmiş kilsəni təqdis etdi. Buna görə də, ikonostasda, Müqəddəs Nikolayın məşhur ikonasına əlavə olaraq, müqəddəs məqtul çariça Alexandranın ikonası qoyulub. Kilsənin təqdis mərasimində Bakı qubernatoru T.S. Rogge, Bakı Penitensiarının Himayəçilik Komitəsinin direktorları, həbsxana rəhbərliyi və pravoslav inanclı məhbuslar iştirak edirdilər.

Bakı həbsxana qalasındakı pravoslav kilsəsi daş, düzbucaqlı, uzunsov formalı tikilidir. Kilsənin mehrabı cənuba baxır. Kilsə hazır bir binada qurulub, binanın forması məcbur etdi ki, mehrab şərq tərəfdə deyil, cənub tərəfində qurulsun. Kilsənin divarları yonulmamış daşdan tikilib. Onlar həm içəridə, həm də xaricdə suvaq vurulmuş və rənglənmişdir. Kilsənin damı dəmirdir. Kilsədə zəng qülləsi yoxdur. Amma iki taxta sütunun üstündə bir çardaq var, onun altında 5 zəng asılır. Kilsənin uzunluğu 24 arşın (17 metr), eni 9 arşın (6,4 metr), hündürlüyü 9 arşındır. Kilsənin uzununa divarlarında hər cərgədə səkkiz pəncərə olmaqla iki sıra pəncərə var. Pəncərələrin alt sırası böyük, yuxarı sırası isə kiçikdir. Pəncərənin alt sırası böyük, yuxarı cərgəsi isə kiçikdir. Aşağı pəncərələrin hündürlüyü 2 arşın (1,42 metr), eni isə 0,5 arşındır (0,36 metr). Üst pəncərələrin hündürlüyü və eni 0,5 arşındır. Eninə divarların bir pəncərəsi, hündürlüyü 2,75 arşın (1,96 metr), eni isə 1 arşın 6 verşokdur (0,98 metr). Bütün pəncərələrdə dəmir barmaqlıqlar var. Kilsənin döşəməsi taxtadır. İkonostas tək pilləlidir. Üç qapısı var. İkonostasda aşağıdakı ikonalar var: çap qapılarının sağında, Xilaskarın ikonası, Arxangel Mixailin ikonası və Müqəddəs Nikolayın ikonası; çar qapılarının solunda, Müqəddəs Məryəmin ikonası, Arxangel Cəbrayılın ikonası və müqəddəs məqtul çariça Aleksandranın ikonası; Gizli Şam yeməyinin ikonası çar qapılarının üstündə yerləşib. İkonostas ağacdan hazırlanmış və ağ yağlı boya ilə boyanmışdır. Klirosların arxasında ikonaların yerləşdirildiyi ikona qutuları var. Birinci klirosun arxasındakı kiotda aşağıdakı ikonalar var: Müqəddəs Məryəmin Tixvin və müqəddəs məqtul çariça Aleksandranın ikonası. Məsihin dirilməsi ikonası sol klirosların arxasındakı kiotda yerləşdirilib. Mehrabın uzunluğu 5, eni 9 metrdir. Taxtın sahəsi 1,25 kvadrat arşındır. Qurbangahın sahəsi 1 kvadrat arşına bərabərdir. Taxtın qarşısındakı pəncərədə “Qədəh üçün dua” ikonası var. Qurbangahın üstündəki divarda Müqəddəs Nikolayın ikonu qoyulub. Kilsə istidir. İçində bir dəmir soba var. Kilsə ruhaniyyəti ştat üzrə keşiş və nəğmə ifaçısından ibarətdir. Ruhani quberniya qəyyumluq Komitəsinin iqtisadi məbləğlərindən ildə 1000 rubl məbləğində maaş alır, ondan keşiş 750 rubl, nəğmə ifaçısı isə 250 rubl alır. Kahin də ildə 240 rubl məbləğində mənzil alır. 25 avqust 1903-cü ildən Aleksey Pospelov kilsədə keşiş kimi xidmət edir.

1904-cü ilin yanvar ayında Bayıl həbsxanasının ön hissəsində məktəb təşkil edilmiş və burada dustaqlar savadlandırıblar. 1909-cu ildə Bakı yepiskopu tərəfindən keşiş M.Svyatski Bakı həbsxana kilsəsinin rahibi, təminatsız və ibadətləri keçirmək və dua yazdırmaq (?наиболее подходящий по смыслу вариант) hüququ ilə vəzifəyə təyin olunub.

1920-ci ildə bu kilsə ilk biri bağlanıb. Xalq Komissarları Sovetinin dövlətdən və məktəbdən kilsədən ayrılmasına dair dekretinə uyğun olaraq, ilk növbədə, hərbi şəhərciklərdə və kazarmalarda məktəblər və hərbi kilsələr nəzdində olan ev kilsələrini bağladılar. Xalq Komissarları Sovetin Kilsənin dövlətdən və məktəbin kilsədən ayrılması haqqında Dekretinə uyğun olaeaq, ilk növbədə, hərbi şəhərciklərdə və kazarmalarda hərbi kilsələr və məktəblər yanında ev kilsələrini bağlanmalıdır. Xalq Maarifi Komissarlığın təlimatına əsasən, həstəxanalar, əlillər evlər və həbsxanaların nəzdində ev kilsələri ləğv olunmalıdılar. Belə ki, təlimatın izahatında göstərildiyi kimi - həbsxanadakı kilsə sahəsinin məhbuslar üçün maarifçilik müəssisələrinə çevrilməsi dustaqların pravoslav din tərəfdarlarının dini ehtiyaclarını təmin edilməsi imkanı sıxa bilməz, çünki:

1) Məlum günlərdə və vaxtında maarifləndirmə və mədəni məqsədlər üçün nəzədrə tutulan məkan, həbs yerinin müdiriyyəti ilə razılaşmaqla, bu etirafın ayininə görə ibadətlərin hıyata keçirilməsi üçün hər hansı bir dinin tərəfdarlarına verilə bilər

2) Bu tədbir hətta dini xadimlər tərəfindən təyin edilmiş dini ayinlərin törəldiyi qaydaları pozmur, çünki bütün dinlər asanlıqla quraşdırılacaq və söküləcək taxt-tacları ilə dəyilən “səfər kilsələri” kimi bilir.

Bayıl həbsxana qalasının nəzdində Müqəddəs Nikolay kilsəsi, sonra İslahedici Ev №1 kimi tanınan binası teatra yenidən qurdu. Bu teatrın neçə il var olduğunu indi demək çətindir. İndi həm İosif Stalinin “oturduğunu” Bayıl həbsxanada “oturduğunu” görə tanınan, həm də keçmiş kilsənin binası sökülüb.

 

Məhkumlar keçmiş həbsxana kilsəsini teatra çevirir

1. Məhkumlar üçün teatrın fasadı

2. Teatr səhnəsi


 
İstifadə olunan materiallar:

A.İ. Yunitski. Bakı quberniyasının kilsə və prixodlarının tarixi. (1815-1905)

"Kaspiy" qəzeti, 1893-1909 illər 

 

Müəllif: S. Koltunov

 

Теги:
tarix kilsələr


Xəbərlər


Новости по теме

Bölmənin digər xəbərləri

Bakı şəhəri Aleksandr Nevski kafedral kilsəsi
24.12.2021
792
Azərbaycan pravoslav kilsələrin tarixi

Bakı şəhəri Aleksandr Nevski kafedral kilsəsi

1898 - 1936 Bakıda yeni nəhəng kafedral kilsənin tikilməsi ideyası 1870-ci illərin əvvəllərində, Bakıda kerosin çoxlu miqdarda istehsal olunmağa başladığı

Bakı qalasındaki (İçəri Şəhərdəki) Müqəddəs Möcüzəli Nikolay baş kilsəsi
24.12.2021
559
Azərbaycan pravoslav kilsələrin tarixi

Bakı qalasındaki (İçəri Şəhərdəki) Müqəddəs Möcüzəli Nikolay baş kilsəsi

1858 il - 1930 il  [1] 1815-ci ilə qədər Bakıda səyyar ordu kilsəsindən başqa daimi kilsə yox idi. Elə həmin il qaladakı “Qaranlıq cərgələr”

Bakıda Qız Qalasının yanında müqəddəs həvari Varfolomey kilsəsi
24.12.2021
709
Azərbaycan pravoslav kilsələrin tarixi

Bakıda Qız Qalasının yanında müqəddəs həvari Varfolomey kilsəsi

1892 - 1936 14 sentyabr 1892-ci ildə Müqəddəs Xaçın ucaldılması bayramı günündə Nikolay kilsəsində keşiş A.İ.Yunitski və bütün kilsə

Xəbərlər

Populyar Xəbərlər

Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib
03.04.2024
273
Yeparxiya xəbərləri

Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib

Bakıda rəsmi səfərdə olan Sankt-Peterburq qubernatoru A. D. Beqlov Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Ali qonağı kilsədə hörmətli Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov ...

Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub
05.04.2024
267
Yeparxiya xəbərləri

Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub

İşçi qrupun ilk iclası Bakıda Rus Evində keçirilib. Qrupun vəzifəsi iki dost ölkə - Azərbaycan və Rusiya üçün tarixi, xatirə və mədəni əhəmiyyət kəsb edən obyektlərin qorunması üzrə tədbirlərin təşkili və ...

Arxiyepiskop Feofilakt Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
20.02.2024
214
Yeparxiya xəbərləri

Arxiyepiskop Feofilakt Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı və Azərbaycan yeparxiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilaktın Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri M. N. Yevdokimov ilə ...

Xəbərlər