Azərbaycan pravoslav kilsələrin tarixi

Bakıda Rəbbin Surətinin Dəyişməsi kilsəsi (Dəmir yolu)

Bakıda Rəbbin Surətinin Dəyişməsi kilsəsi (Dəmir yolu)

Bakıdakı Rəbbin Surətinin Dəyişməsi adına müvəqqəti dəmir yolu kilsəsi 1898-ci ildə dindarların könüllü ianələri hesabına taxtadan tikilmişdir. Lövhələrlə örtülmüşdür; dəmir barmaqlıqlı yeddi pəncərəsi və çöldə 4 qapısı var. Kilsənin hündür yerdən qərb qapılarına qədər uzunluğu 14 sajen (~ 30 metr), eni 4 sajen (~ 8,5 metr), hündürlüyü 5 arşın 14 verşok (~ 4,2 metr). Müvəqqəti kilsənin tikildiyi yer (vağzalın yanı, hazırda dəmir yolu xəstəxanasının bağının olduğu yer) Zaqafqaziya Dəmir Yolu İdarəsi tərəfindən ayrılmışdır; kilsə üçün ayrılmış torpaq sahəsi 400 kv. sajendir (~ 1821 kv.m). Müvəqqəti kilsə 10 oktyabr 1898-ci ildə Gürcüstan ekzarxı Zati-aliləri Flavianın (Aleksandr Nevski kafedralının təntənəli təqdisi üçün Bakıya gəlmiş) - dəmir yolu kilsələrinin  rəhbəri, keşiş İradion Nanabov tərəfindən şənbə günü təqdis edilib.  

Həmin il oktyabrın 11-də, bazar günü, müvəqqəti kilsənin yaxınlığında, Gürcüstanın Ekzarxı Zati-aliləri Flavian daimi daş kilsənin təməlinin qoyulduğu yeri təqdis etdi.

1897-ci ildən Bakı rayonu dəmiryol xəttinin keçmiş keşişi Mamamtavrişvili ata kilsəyə keşiş təyin edildi. Keşişin yaşayış yeri Bakı stansiyasında, dəmir yolu binasında yerləşirdi.

23 iyun 1904-cü ildə, saat 12:10-da Alaverdi yepiskopu möhtərəm Yevtimiy rahiblərin və Zaqafqaziya dəmir yolu rəisinin köməkçisinin, məhkəmə müşaviri, dəmir yolu mühəndisi N.A.Raxmaninin müşayiəti ilə 4 saylı qatarla dəmiryol kilsəsinin təməl daşını qoymaq üçün Bakıya gəldi; qatarın stansiyaya gəlişinə Bakı qubernatorunun vəzifəsini icra edən, həqiqi dövlət müşaviri P. A. Lileyev, polis rəisi kapitanı F.A.Deminski, kafedral və dəmiryol kilsələrinin ruhaniləri və dəmiryol rəhbərliyi vağzala toplaşmışdı. Onların müşayiəti ilə möhtərəm Yevfimi dəmir yolu kilsəsinə (müvəqqəti) getdi. Yerində yeni məbədin tikiləcəyi çadırda dua ibadəti başlamazdan əvvəl yepiskop məbədlər tikməyin faydaları haqqında moizə elədi, sonra dua mərasimi edildi; namaz qılındıqdan və təməl daşı qoyma aktından sonra mübarək səbəbə səhər yeməyi verildi.

Tikilməkdə Rəbbin Surətinin Dəyişməsi kilsəsi ~ 1905-ci il

1905-ci ilə qədər tikilməkdə olan daş kilsənin divarları pəncərələrdən yuxarı qaldırıldı.

1912-ci ildə möhtərəm Bakı yepiskopu Pimenin əmri ilə Bakı-sərnişin stansiyasının kassiri Dyaçenko Bakı stansiyası yanında dəmiryol kilsəsinin tikintisi üzrə komitənin tərkibinə daxil edildi.

26 avqust 1917-ci ildə qəyyumlar şurasının sədri M.M. Şumaxer “Bakı vağzalı yanında Vokzalnaya, 10 ünvanında taxta dəmir yolu kilsəsi dindarlarının könüllü ianələri hesabına tikintisi yeni başa çatdırılmış Rəbbin Surətinin Dəyişməsi daş kilsəsi üçün qab-qacaq və bəzək əşyalarının alınması haqqında məlumat verdi”.

21 fevral 1918-ci ildə kilsə şurası Qafqaz kilsəsinin başçısına müraciət edərək xahiş etdi ki, ya özü gəlsin, ya da Bakı ruhanilərinə artıq tikintisi başa çatmış daş məbədi təqdis etməyə icazə versinlər [5].

1926-cı ilə və bəlkə də daha əvvəl dəmir yolu kilsəsi bağlandı və Dəmiryol İşçiləri Həmkarlar İttifaqının Qasımov adına klubu orada yerləşdi.   

Eyni zamanda, kilsənin dindarlarından dini pravoslav cəmiyyəti formalaşdı, onun idarə heyəti də kilsədə yerləşirdi (1926-27-ci illərin məlumatlarına görə) [6]

 

İstifadə olunan materiallar:

1. A.İ. Yunitski. Bakı quberniyasının kilsə və prixodlarının tarixi. (1815-1905)

2. “Kaspi” qəzeti, №216, 218. 1898

3. “Kaspi” qəzeti, № 142. 1904-cü il.

4. “Kaspi” qəzeti, №4. 1912-ci il.

5. T.F. Hümbətova. Bakı və almanlar. 2008

6. Bütün Bakı. 1927-ci il üçün şəhər sorğu kitabı

 

Müəllif: S. Koltunov

 

Теги:
tarix kilsələr


Xəbərlər


Новости по теме

Bölmənin digər xəbərləri

Bakı şəhəri Aleksandr Nevski kafedral kilsəsi
24.12.2021
1223
Azərbaycan pravoslav kilsələrin tarixi

Bakı şəhəri Aleksandr Nevski kafedral kilsəsi

1898 - 1936 Bakıda yeni nəhəng kafedral kilsənin tikilməsi ideyası 1870-ci illərin əvvəllərində, Bakıda kerosin çoxlu miqdarda istehsal olunmağa başladığı

Bakı qalasındaki (İçəri Şəhərdəki) Müqəddəs Möcüzəli Nikolay baş kilsəsi
24.12.2021
761
Azərbaycan pravoslav kilsələrin tarixi

Bakı qalasındaki (İçəri Şəhərdəki) Müqəddəs Möcüzəli Nikolay baş kilsəsi

1858 il - 1930 il  [1] 1815-ci ilə qədər Bakıda səyyar ordu kilsəsindən başqa daimi kilsə yox idi. Elə həmin il qaladakı “Qaranlıq cərgələr”

Bakıda Qız Qalasının yanında müqəddəs həvari Varfolomey kilsəsi
24.12.2021
1116
Azərbaycan pravoslav kilsələrin tarixi

Bakıda Qız Qalasının yanında müqəddəs həvari Varfolomey kilsəsi

1892 - 1936 14 sentyabr 1892-ci ildə Müqəddəs Xaçın ucaldılması bayramı günündə Nikolay kilsəsində keşiş A.İ.Yunitski və bütün kilsə

Xəbərlər

Populyar Xəbərlər

Yepiskop Aleksiy bazar günü məktəblərin müəllimləri ilə görüş keçirib
07.09.2024
148
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy bazar günü məktəblərin müəllimləri ilə görüş keçirib

Yeni dərs ilinin başlanması ərəfəsində Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı kilsələrinin bazar günü məktəblərinin müəllimləri ilə işgüzar görüş keçirib. İclasda bazar günü məktəblərinin işinin ...

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
01.09.2024
138
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 8-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi kafedral kilsəsinin ruhaniləri ...

9 avqust - Böyük Şəhid Panteleymonun xatirəsi günüdür
09.08.2024
98
Yeparxiya xəbərləri

9 avqust - Böyük Şəhid Panteleymonun xatirəsi günüdür

Avqustun 9-da Kilsə müqəddəs böyük şəhid və təbib Panteleymonu izzətləndirir. Müqəddəs Panteleymon saleh həyatı, Məsih uğrunda şəhid olması və bir çox möcüzələri ilə tanınıb. İnsanlar ənənəvi olaraq ona ...

Xəbərlər